Qardələn
(hekayə)
Meşənin yaxınlığında üzü yuxarı kəndimizə doğru gedirdim. Rayon mərkəzindən axrıncı növbə avtobusa gecikdiyim üçün kəndə ayaqla getmək məcburiyyətində qalmışdım.
...Şər qarışırdı. Həzin əsən külək saçlarımda daraq olub, saçlarımı darayırdı elə bil . Üzü aşağı yol boyu axan sulara ayaqqabılarım dabanına qədər batmışdı. Ayaqqabım bir az köhnə olduğundan ehtiyyat edə- edə, ayağımı yerə basırdım ki, su içinə dolmasın.
Gedirdim, meşənin düz qıarağı ilə. Sərçələrin civiltisi, uzaqdan görünən kənddən gələn itlərin hürüşməsi ətrafda qəribə bir avaz yaratmışdı.
Hələ tam əriməmiş qarın altından göy rəngdə çiçəklər başını qaldırmışdı. Anamı xatırladım. Uşaqliqda , anamin dogum günündə, bu cicəklərdən dərib getirmişdim anama.Hətdda ayaqabımın icidə qarla dolmuşdu. Anam elə buna görə məni eməli-başli danlamışdı .Bu cicəyin adi “qargagülü” idi .Bunu mənə anam demişdi.Maraqla anamın üzünə baxmışdım.Demişdim:
- Ay ana qargadan xoşum gəlmir, ama qəşəng gülü var.Anam uzun uzadi mənə baxıb gülümsəmiş və demişdi;
- Ay bala bu dunya belədi.Yamana gözəl, yamana gözəl hərdəndə gözələ gözəl olur. Belə olmasaydı həyat mənasız olardi.
Gedirdim meşənin qıragı ilə uzu yuxari kəndə tərəf.Meşənin qışın qarından-boranından cixmiş agacların halına yaman yazıgım gəldi.Üşüyürmüş kimi bir-birinə sıgınmışdı sanki.Gənclik caglari yenə göz önumə gəldi .Bir qIş günündə ,hamIdan gizlin , sevdiyim Seriyə ilə, bu meşənin lap dərinliyində, qarin üstündə, qacdi- tutdu oynayardıq.Qarın altından xəzələ dönmuş yarpaqların üstündə uzanardıq.Beləcə ,sakitcə meşənin iri gövgəli agacların göyə tərəf uzanmış budaqların arasından ,üzümüzə dəyən , gülümsəyən ,qış günəşi şualarını izləməyi sevərdik.
...
... Hərdən Səriyəyə deyərdim ki, Səriyə, bax beləcə arxaya baxmadan bu meşənin lap dərinliyinə, gözdən itənəcən ,gedək əl-ələ. Səriyə bu istəyimə belə cavab vermişdi:
-Mən açıqlığı, düzənliyi sevirəm, hər şey göz önümdə olsun.
Elə bu düşüncələrlə başımı qaldırmışdım ki, qarşımda kol dibində qardələn çiçəyini gördüm .Ətrafdaki bütün təbiətə sanki meydan oxuyurdu. Sevgilisini gözləyən gəlin kimi bəzənmişdi. Çox xoşbəxt görsənirdilər. Təzə döyüşdən çıxmış əsgərlər kimi yan- yana düzlənmiş, sanki qarlı qışdan sonra bahara qovuşmağa can atırdı.
…Mən də onun görüşünə gedirdim..,sevdiyimin. …Sevirdim onu!
… Bir qardələn çiçəyini əyildim dərdim, ovucumun içində gizlətdim, sevgilim üçün... Dedim, ona deyəcəyəm ki, sən də bax bu qardələn kimi sevgində cəsarətli ol. Axı qardələn çiçəyi günəşə sevgisindən, qarları dəlib çıxmışdı. Vallah, hərdən fikirləşirəm ki, təbiətə baxıb götürəcəyimiz hələ çox şeylər var. Sadəcə, bunu düşünməmiz və görməmiz yetər.
Həyat gözəldir: gözəlliyi duyunca, baxınca…
Bu düşüncələr, fikirlər içində gəlib kəndə catırdım, gördüm bəzi evlərdən işıq gəlirdi, elektrik işığı. İşıq yanmayan evlərə baxıb yenə dodaqlarıma gülüş qondu, uşaqlığım yadıma düşdü. Anam işığı hələ hava qaralmamış yandıranda mən işığı söndürərdim, deyərdim ki, ana, pulu çox yazir axi... Anam alnımdan öpər, mənim ağıllı balam, deyərdi... Elə bu kəlməyə görə əslində belə edərdim ki, anamı ağıllı olmağımla sevindirim…Dönüb lap düzənlikdə dərəni adlayıb kənd yoluna çıxmaq istəyəndə isə kolun dibindəki, bir birinə meydan oxuyan boynu bükük bənövşə gülləri gözümə dəydi. Sanki əl -ələ tutub rəqs edirdilər. Əyildim. Bu çiçəklərin işini çox sevirdim… Eləmədim tənbəllik, dərdim. Ovucumda gizlənmiş qardələn çiçəyi isə hərəkətimə sanki qisqandi …Bir əlimdə qardələn çiçəyi, bir əlimdə isə bənövşə dəstəsi... Evdə, ocağımda məni gözləyən Səriyəni düşündüm.
…Evimə yaxınlaşmağıma çox az qalmışdı. Bilirdim... bilirdim ki… bu çiçəklər əlimdə qapını açıb içəri girdiyimdə Səriyə çox sevinəcək.
…Sevinəcək ki, mən ona keçmişini, xatirələrini gətirmişdim…Axı insana qalan duyğuları və xatirələridi. Duyğular və xatirələr içində sevgimə çatdım.
Artıq hava qaralmışdı. Elə evimin işığı da mən qapıdan içəri girənə bir az qalmış yandı…Həyətdəki alabaş isə meni görüb sevindiyindən quyruğunu bulayaraq mənə tərəf gəldi və ayaqlarıma dolanaraq düz qapıya kimi məni ötürdü…Qapını isə her zaman olduğu kimi uşaqlıq illərimdən sevib seçdiyim... bir ömür boyu bərabər yaşadığımız Səriyə açdı.
Səriyə…
Anfisa Zinyəddin
yazar
