Agla qərənfilim agla
Mənsizlikdə şamtək hey əriyən,
Yollarımı hələ də gözləyən,
Gözləməkdən heç bezməyən
Sevglimi görsən ağla!
Ağla, qərənfilim, ağla!
Mənsiz qalan bu yollara
Baxıb ağla, baxıb ağla!
Qara örpəyində gəzən,
Göz yaşını gizlin silən,
Həsrətdən beli bükülən
Anama qoşul agla,
Ağla, qərənfilim, ağla!
Mənsiz qalan bu yollara
Baxıb ağla, baxıb ağla!
Cavan ömrü başa vuran,
Haqsızlığa şahid olan,
Vətən üçün keçən candan
Oğullara baxıb ağla!
Ağla, qərənfilim, ağla!
Mənsiz qalan bu yollara
Baxıb ağla, baxıb ağla!
Toy-mağardan uzaq qalan,
Şəhid qanına boyanan,
Şəhidləri xatırladan
Qərənfilləri sevib ağla!
Ağla, qərənfilim, ağla!
Mənsiz qalan bu yollara
Baxıb ağla, baxıb ağla!
