Ziyalılarımız şəhid Rəşad Quliyevin ailəsini ziyarət etdi

Ziyalılarımız şəhid Rəşad Quliyevin ailəsini ziyarət etdi
06 Nisan 2023 - 22:19
Ziyalılarımız şəhid Rəşad Quliyevin ailəsini ziyarət etdi
Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Aztəminatlı Əlil, Şəhid
və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi həyata keçirdiyi “Əbədiyaşar
şəhidlərimiz” adlı layihə çərçivəsində Vətən müharibəsinin ilk günlərindən döyüş
əməliyyatlarına qatılan və misli görünməmiş qəhrəmanlıqlar göstərən igidlərimizdən biri
olan şəhid polkovnik-leytenant Rəşad Quliyev barəsində “Canavar”ın döyüş yolu” adlı
film çəkilir.
Bu gün müqəddəs Ramazan ayında layihə rəhbəri Məlahət Abdullyeva və layihədə
könüllü kimi iştirak edən “Türk Dünyası Turan Düşüncə Mərkəzi“ İB İdarə Heyəti üzvü
və “Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev, “Beynəlxalq Əlillər
Cəmiyyəti” İB-in üzvü, filologiya elmləri doktoru, professor İmaməddin Zəkiyev, “Türk
Dünyası Turan Düşüncə Mərkəzi” və “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in İdarə Heyəti
üzvü, şair-publisist Seyidağa Seyid Sadıq şəhid polkovnik-leytenant Rəşad Quliyevin
ailəsinə baş çəkmişlər. Şəhidimizin anası nur çöhrəli Mətanət xanım Rəşad Quliyevin
hələ kişik yaşlarından mərd, cəsarətli olduğundan, gəc yaşlarında rəhmətə getmiş atası
Rəşid Quliyevin arzusu ilə hərbçi peşəsini seçməsindən, həmçinin böyük Vətən
sevgisindən söhbət açmışdır.
Professor, Azərbaycan Yazıçılar Birliyinin üzvü İmaməddin Zəkiyev
Qarabağımızın azad olunmasında Ali Baş Komandan möhtərəm İlham Əliyevin və vətən
uğrunda canından keçən şəhidlərimizin, qəhrəman ordumuzun əvəzsiz rolundan danışdı.
Söylədi ki, bu gün Güney Azərbaycan türklərini milli azadlıq uğrunda mücadiləyə
qalxmasına ruhlandıran da şəhidlərimiz, zəfər qahrəmanlarımızdır. Mən inanıram ki, Ali
Baş Komandanımızın vurğuladığı kimi, Türkiyə, Şimali Azərbaycan və Güney
Azərbaycanı türkləri birləşəcək və birləşəndən sonra bu dövlətin qarşısında kimsə dayana
bilməyəcəkdir.
Şair-publisit Seyidağa Seyid Sadıq bildirdi ki, Türk dünyası tarixən qəhrəman
xalqdır. Məhz 44 günlük qələbə ilə bunu bütün dünyaya sübut etdi ki, Azərbaycan Türk
dünyasının Milli ordusu və Milli ordunu lider edən qəhrəman oğulları var. Şəhid Rəşad
Quliyev də Vətən qahrəmanlarından biridir.
Tahir Xudiyev söhbət zamanı –“ Vətənsiz şəhid yoxdur, şəhidsiz isə qələbə olmur.
Şəhidlik Ulu Tanrı dərgahında ən uca zirvədir”-söylədi.
Ruhun şad olsun, cənab polkovnik-leytenant!
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Mətbuat Xidməti

YORUMLAR

  • 0 Yorum