Xətai Sənət Mərkəzində sərgi - Baharın rəngləri

Xətai Sənət Mərkəzində sərgi - Baharın rəngləri
17 Mart 2023 - 18:23
Xətai Sənət Mərkəzində sərgi - Baharın rəngləri

Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Azərbaycan Respublikasının Təhsil Nazirliyi, Azərbaycan Televiziya və Radio Verlişləri Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Azərbaycan Rəssamlar İttifaqı, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Heydər Əliyev ili” çərçivəsində baharda təbiətin oyanışını təsvir etmək məqsədi ilə elan olunmuş “Baharın rəngləri” adlı Respublika uşaq rəsm müsabiqəsinin yekun sərgilərinin 14 mart 2023-cü il tarixinə nəzərdə tutulmuş birinci hissəsi açıldı. Tədbiri giriş sözü ilə Xətai Sənət Mərkəzinin direktoru Zahid Əvəzov açaraq tədbir iştirakçılarını salamladı. Azərbaycan Dövlət Rəsm Qalereyasının nümayəndəsi Elçin Hüseyn, Xətai Rayon İcra Hakimiyyətinin nümayəndəsi xanım Mehriban İsrafilova, Yeni Azərbaycan Partiyasının üzvü, gənc fəal Sahib Şəmizadə, Kürdəmir Regional Mədəniyyət İdarəsi rəisi Qalib Hüseynov və tədbir iştirakçıları olan balaca rəssamların çıxışları ilə tədbir davam etdi. Sonda iştirakçılara sertifikatla təqdim olundu. Nəzərinizə çatdıraq ki,uşaqlara təbiəti sevdirmək və təbiətin qoruyucusu olan bir gəncliyin formalaşmasına xidmət məqsədi ilə keçirilən tədbirə 2000-dən çox uşaq 3000-ə yaxın əsər göndərmiş və 800-dən çox uşağın hərəsindən bir əsər olmaqla sərgilənmək üçün seçilmişdir. Bugünkü tədbirdə 212 uşağın hər birindən bir əsər olmaqla sərgilənirdi. Seçim zamanı müəllifin yaşı nəzərə alınmaqla düzgün kompozisiya, rəng seçimi, idea və kənar müdaxiləsiz əsərlərə üstünlük verilmişdir Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və an az 5 üzvü ilə təmsil olunan yaradıcılıq müəssələrinə təşəkkürnamələr təqdim olundu. Sərginin növbəti hissələri də Xətai Sənət Mərkəzində açılacaq.

YORUMLAR

  • 0 Yorum