Vaqif Nəcəfzadə'nin şiirleri
15 Ekim 2022 - 21:04
rahmetli şair Vaqif Nəcəfzadə
Salam əziz Türkiyəm!
Salam əziz Türkiyəm, salam qardaş millətim,
Bizə çox olub qayğın, çox olub əziyyətin.
Arxamızda dağ oldun çətin günlərimizdə,
Bizə qardaş olmusan ötən illərimizdə.
Qanlı mart qırğınında tək qalmışdıq meydanda,
Yolumuzda şəhiddə, qazidə verdin onda.
Salam əziz Türkiyəm, salam qardaş millətim,
Bütün dünyaya bəlli mərdliyin, mətanətin,
Bütün türk dünyasının qovuşan yollarısan,
Türklərə arxa duran yenilməz qollarısan,
Düşmənlərin önündə keçilməz bir qayasan,
Tarixdə zəfərlərin saya gəlməz, sayasan.
Salam əziz Türkiyəm, salam qardaş millətim,
İgidlik qanındadır türk oğlu dönməz, mətin.
Şərəfli keçmişin var, uğurdu başdan-başa,
Dayaq oldun dostuna arxa oldun qardaşa.
Düşmənin diz çökürdü sənin adın gələndə,
Qılıncın parlayanda, bayrağın yüksələndə.
Salam əziz Türkiyəm, salam qardaş millətim,
Sizə əsirgəmədik, qardaşlıq məhəbbətin.
Azərbaycan can deyir, hər zaman yanınızda,
Damarında axan qan axır damarımızda.
Düşmənin düşmənimiz, sənin dostun dostumuz,
Əbədi yaşayacaq bu qardaşlıq yolumuz.
Salam əziz Türkiyəm, salam qardaş millətim,
Türklərə qurur verir sənin şanın, şöhrətin.
Türklərin qibləgahı, türklərin inam yeri,
Türklərin səcdəgahı, türklərin iman yeri.
Keşiyində durmusan sən haqqın ədalətin,
Yaşa əziz Türkiyəm, yaşa qardaş millətim!
May 2017 Türkiyə Adana şəhəri
Vaqif Nəcəfzadə
Kaş Təbrizdən cənubda axaydınız
Cənub dərdi...
Arazın suları sərhədə döndü,
Boynuna tikanlı məftil dolandı.
Mənim böyük xalqım iki bölündü,
Neçə qərinələr, neçə zamandı.
İkiyə böldülər ürəymizi,
Cənublu, şimallı etdilər bizi.
Yolumuz bağlandı Araz boyunca,
Bakının uzaqda qaldı Təbrizi.
Arazım xalqımın dilində gəzər,
Nədən taleyinə ayrılmaq düşdü?
İkiyə bölünmüş xalqın göz yaşı,
Hər iki sahildən Araza düşdü.
Araz sahilinə vurulan dirək,
Bizim paralanmış ürəyə dəydi.
Düşmənim arxadan vurdu zərbəni,
Azərbaycan adlı kürəyə dəydi.
Vurulduq hər param bir yana düşdü,
Arazım axırdı param üstündən.
Kaş Təbrizdən cənubda axaydınız,
İndi axmazdınız yaram üstündən.
May 2000

YORUMLAR