Tək qalmışdı Azərbaycan!

Tək qalmışdı Azərbaycan!
15 Ekim 2022 - 21:02
Tək qalmışdı Azərbaycan!

 31 mart Azərbaycanlıların soyqırımı gününə həsr edirəm...

Azərbaycan qan içində, qırılırdı Azərbaycan, 
Düşmənimiz birləşmişdi xalqımıza tutdu divan, 
Necə indi o illərdə danışmadı, susdu cahan, 
Tək qalmışdı Azərbaycan!
 
Bolşevizim pərdəsiylə, pərdələnib haylar onda, 
Ətrafına yığılmışdı özü kimi “taylar” onda. 
Qırıb, çatdı əliyalın xalqımızı həmən zaman, 
Tək qalmışdı Azərbaycan!
 
Kəndlərimiz, şəhərimiz, dağıdılır, talanırdı, 
Evlərimiz, eşiyimiz tonqal kimi qalanırdı, 
Cavan, qoca qan içində, körpələrdə verirdi can, 
Tək qalmışdı Azərbaycan! 

Yaradılan dövlətimin duman almışdı başını, 
İmdad edib xalqım onda çağırdı Türk qardaşını, 
Bakı, Quba, Şamaxını qırıb düşmən qoyub viran, 
Tək qalmışdı Azərbaycan!

Xəbər çatdı İstambula yeridi Türkün qoşunu, 
Qardaş gəlmişdi qorusun çətin gündə qardaşını. 
"Qafqaz İslam Ordusu"ydu, zəfər çala-çala gəldi, 
Türk bayrağın, Türk elində, hər bir kəndində yüksəltdi. 
Düşmən bizi qıran zaman, sən səs verdin, səsimizə, 
Arxa oldun xalqımıza, arxa hər bir kəsimizə. 
Yaşa Türküm, sən qorudun xalqımızı dönə-dönə, 
Dar günümdə əl uzatdın, dar günümdə gəldin yenə. 
Tək qalmışdı Azərbaycan! 

2014

Vaqif Nəcəfzadə

YORUMLAR

  • 0 Yorum