Türkün Əsgəri
15 Ekim 2022 - 21:00
Türkün Əsgəri
Çanaqqala savaşının 100 illiyinə həsr edirəm!..
Vətənin yolunda gərdi sinəsin,
Çəkdi nərəsini, ucaltdı səsin,
Səngərdə versədə o son nəfəsin,
Geri çəkilmədi türkün əsgəri.
Metenin qanı var damarlarında,
Atillanın təpəri var canında,
Düşmənə qənimdi hər bir anında,
Geri çəkilmədi türkün əsgəri.
Qəhramanlıq keçib babalarından,
Osmanlı elinin obalarından,
Vətənindən keçməz, keçər canından,
Geri çəkilmədi türkün əsgəri.
İgidlik nəsildən, nəsilə keçdi,
Zəfərlər əsrdən, əsrə keçdi,
Aldı ölkələri min ildən keçdi,
Geri çəkilmədi türkün əsgəri.
Vuruşdu mərd kimi, vurdu mərd kimi,
Qaçmadı düşməndən durdu mərd kimi,
Əsl kişi kimi, əsl ər kimi,
Geri çəkilmədi türkün əsgəri.
2016
Vaqif Nəcəfzadə
Çanaqqala savaşının 100 illiyinə həsr edirəm!..
Vətənin yolunda gərdi sinəsin,
Çəkdi nərəsini, ucaltdı səsin,
Səngərdə versədə o son nəfəsin,
Geri çəkilmədi türkün əsgəri.
Metenin qanı var damarlarında,
Atillanın təpəri var canında,
Düşmənə qənimdi hər bir anında,
Geri çəkilmədi türkün əsgəri.
Qəhramanlıq keçib babalarından,
Osmanlı elinin obalarından,
Vətənindən keçməz, keçər canından,
Geri çəkilmədi türkün əsgəri.
İgidlik nəsildən, nəsilə keçdi,
Zəfərlər əsrdən, əsrə keçdi,
Aldı ölkələri min ildən keçdi,
Geri çəkilmədi türkün əsgəri.
Vuruşdu mərd kimi, vurdu mərd kimi,
Qaçmadı düşməndən durdu mərd kimi,
Əsl kişi kimi, əsl ər kimi,
Geri çəkilmədi türkün əsgəri.
2016
Vaqif Nəcəfzadə







YORUMLAR