"Şərq nağılı"

“Şərq nağılı” Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, MDB ölkələrinin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və “Dan” Beynəlmiləlçi Gənclər İctimai Birliyinin birgə təşkilatçılığı ilə sentyabr ayının 21-23-də Bakıda əlilliyi olan gənclərin “Şərq nağılı” Beynəlxalq Yaradıcılıq Festivalı keçirildi. Festivalda Azərbaycanla yanaşı, Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Litvadan o

"Şərq nağılı"
30 Eylül 2016 - 04:34
“Şərq nağılı”

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, MDB ölkələrinin

Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu və “Dan” Beynəlmiləlçi Gənclər İctimai

Birliyinin birgə təşkilatçılığı ilə sentyabr ayının 21-23-də Bakıda əlilliyi olan gənclərin

“Şərq nağılı” Beynəlxalq Yaradıcılıq Festivalı keçirildi. Festivalda Azərbaycanla yanaşı,

Rusiya, Belarus, Ukrayna, Gürcüstan, Moldova və Litvadan olan gənclər iştirak

edirdilər. Festivalın açılışında çıxış edən gənclər və idman nazirinin müavini İntiqam

Babayev festivalda 7 ölkədən 100 nəfər, ölkəmizdən isə təxminən 200 nəfər gəncin

iştirak etdiyini bildirdi. İntiqam Babayev bu festivalın yalnız gənclərin istedadlarının

aşkara çıxarılmasına deyil, həm də ölkələr arasında dostluq əlaqələrinin

möhkəmləndirilməsinə xidmət etdiyini vurğuladı.

Sonra iştirakçıların ifasında bir-birindən maraqlı kompozisiyalar, mahnı və rəqslər

qonaqlara təqdim olundu. Hamıya ən çox təsir göstərən və alqışlarla qarşılanan isə

Moskva Dövlət Humanitar-İqtisad Universitetinin 1-ci qrup əlilliyi olan tələbələrinin

təqdim etdiyi və böyük məharətlə ifa etdiyi rəqslər oldu.

Sentyabrın 23-dək davam edən festival çərçivəsində müsabiqə proqramları,

ustad dərsləri, şəhərimizin tarixi yerlərinə ekskursiyalar, “dəyirmi masa”lar və digər

tədbirlər, eləcə də əlilliyi olan gənclərin əl işlərindən ibarət satış-sərgi təşkil edildi.

Gənclər və İdman Nazirliyi tərəfindən rəsmi dəvətlilər sırasında “Beynəlxalq

Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri də var idi. Sədr Tahir Xudiyev bildirdi ki, bu tip

tədbirlər öz istedadlarını nümayiş etdirmək üçün əlilliyi olan insanlara böyük şans verir,

həmiçinin onların həyata inteqrasiyasına mühüm təsir göstərir. Onu da qeyd edək ki,

festivalın açılışında “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Mədəniyyət

Şöbəsinin uşaqlardan ibarət rəqs qrupu müasir “Azəri” rəqsi ilə iştirakçıları

salamladılar. Festivalın sonuncu günü “Hilton” oteldə təşkil edilən Qala konsertdə isə

İctimai Birliyin Mədəniyyət Şöbəsinin əməkdaşı, gənc müğənni Kamil Ağazadə ifa

etdiyi Müslüm Maqomayevin “Azərbaycan “ mahnısı ilə alqışlarla qarşılandı. “Şərq

Nağılı” əlilliyi olan gənclərin Beynəlxalq Yaradıcılıq Festivalında iştirakına görə

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Gənclər və İdman Nazirliyi tərəfindən

Diplomla təltif olundu.

“Əlillər Dünyası” qəzetindən,

YORUMLAR

  • 0 Yorum