Mahirə həkimin xeyirxah missiyalı ömründən səhifələr

Mahirə həkimin xeyirxah missiyalı ömründən səhifələr
16 Ocak 2025 - 12:15
Mahirə həkimin xeyirxah missiyalı ömründən səhifələr
Xalq arasında həm istedadlı həkim, həm də alicənab bir insan kimi böyük
hörmət qazanan, respublikamızın Əməkdar həkimi Mahirə Nəbiyeva Laçın rayonunda
ziyalı ailəsində dünyaya gəlib. O vaxtki N.Nərimanov adına Azərbaycan Dövlət Tibb
İnstitutunu əla qiymətlərlə bitirən Mahirə xanım mama-ginekoloq kimi həkimlik
fəaliyyətinə də elə Laçın rayonunda Birləşmiş Mərkəzi Xəstəxanada, həyat yoldaşı
terapevt-kardioloq Nazim həkimlə birgə başlayıb. Sonralar Nazim həkim həmin
xəstəxananın poliklinika şöbəsinin, Mahirə xanım isə doğum şöbəsinin müdiri
olmuşlar. 1992-ci ilin may ayında Laçın rayonu ermənilər tərəfindən işğal olunanda
rayonu ən son tərk edənlərdən biri də Mahirə xanımın ailəsi olub.
Bakıya köçəndən sonra Mahirə Nəbiyeva 30 ildən yuxarı Bakı şəhəri
Respublika Perinatal Mərkəzində cərrah-mama-ginekoloq işləyib. Hazırda
"İnternational Medical Centre"-də cərrah-mama-ginekoloq kimi çalışmaqdadır.
Bu il yanvar ayının 11-də Nizami Kino Mərkəzində Mahirə həkimin həyat və
fəaliyytinə həsr olunmuş “Mahirə həkim-ömrün səhifələri” adlı sənədli filminin
təqdimatı keçirildi. Mahirə xanım tədbiri açıq elan edəndən sonra filmin ssenari
müəllifi, əməkdar jurnalist, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək”
İB-in sədri Zərnişan Azayeva (Turan), jurnalist Xanım Bilalqızı, teleaparıcı Rövşanə
Ağasəfqızı filmin hazırlıq və çəkiliş prossesindən, Mahirə xanımın həmkarları isə onun
40 ildən yuxarı yüzlərlə ailələrə sevinc bəxş edən həkimlik fəaliyyətindən söz açdılar.
Yaradıcı heyətimiz və Mahirə həkimi sevənlərin adından ona cansağlığı, uzun
ömür, həyatda bu xeyirxah missiyasını bundan sonra da uğurla davam etdirməyi
arzulayırıq.
Zərnişan Turan,
Əməkdar jurnalist,
“Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” İB-in sədri
15.01.2025

YORUMLAR

  • 0 Yorum