"Beynəlxalq Əlillər Cəmiyyəti"nin üzvləri Elnarə Abdullayevanın konsetrində
“Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri Elnarə Abdullayevanın konsetrində
29 Mart 2016 - 15:27
“Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri
Elnarə Abdullayevanın konsetrində
Bildiyiniz kimi, 26-28 mart tarixlərində Heydər Əliyev Sarayında Azərbaycan
Respublikasının Əməkdar artisti Elnarə xanım Abdullayevanın konserti keçirilmişdir. Böyük
anşlaqla keçən konsertin sonuncu günü Elnarə xanım növbəti dəfə xeyirxah bir addım ataraq
konsertə bilet almağa maddi imkanı çatmayan bütün kateqoriyalı əlilliyi olan və imkansız
pərəstişkarlarını təmənnasız olaraq konsertə dəvət etmişdir. Dəvətlilər arasında “Beynəlxalq
Əlillər Cəmiyyəti” İctimai Birliyinin üzvləri və “Əlillər Dünyası” qəzetinin əməkdaşları da var idi.
Konsertin sonunda gözdən əlil olan pərəstişkarının öz əlləri ilə düzəltdiyi gül buketini təqdim
etməsi geniş ürəyə malik Elnarə xanımı çox təsirləndirdi. Konsertdə iştirak edən “Beynəlxalq
Əlillər Cəmiyyəti” İB-in səlahiyyətli nümayəndəsi və Naxçıvan MR Ordubad rayonu üzrə
kordinatoru, 1-ci qrup əlil, 12 kitab müəllifi Rasim Gənzəli konsertin onlara böyük ruh yüksəkliyi
bəxş etdiyini vurğulamış, bunun imkansız və əlilliyi olan insanlara Elnarə xanım tərəfindən edilmiş
Novruz hədiyyəsi kimi qəbul edildiyini, həmçinin İctimai Birliyin bütün üzvləri və sədri Tahir
Xudiyevin adından Elnarə xanıma, konsertin təşkilatçısı “Qafqaz Teatrı” MMC-nin direktoru Şahin
Cəfərova və Baş adminstratoru Akif Mahmudova dərin minnətdarlığını bildirmişdir.
Biz çox fəxr edirik ki, Azərbaycan incəsənətində Elnarə xanım Abdullayeva kimi yüksək
səhnə mədəniyyətinə, geniş ürəyə malik, gözəl səsi və sadəliyi ilə xalqın sevgisini qazanmış
sənətkarlar var.
Onu da qeyd edək ki, “Beynəlxalq Əlillər Cəmiyyəti”nin üzvləri bu yaxınlarda Bakının müxtəlif
mədəniyyət mərkəzlərində təşkil olunmuş Novruz şənliklərində də iştirak etmişlər.
“Əlillər Dünyası” qəzetindən,
29 mart 2016-cı il

YORUMLAR