Agentliyin dəstəyi ilə nəşr olunan "And yerimiz - şəhidlər" kitabının Qusarda təqdimatı keçirildi
15 Ekim 2023 - 20:16
Agentliyin dəstəyi ilə nəşr olunan “And yerimiz - şəhidlər” kitabının
Qusarda təqdimatı keçirildi
Məlumat verdiyimiz kimi, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi (BƏC İB)
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi
ilə həyata keçirdiyi layihə zamanı vaxtı ilə Quba, Qusar və Xaçmaz rayonlarında yaşamış,
Vətənimizin azadlığı uğrunda ikinci Qarabağ müharibəsi zamanı şəhid olmuş igidlərimiz
barədə yerli icra hakimiyyətlərindən alınmış statistik məlumatlar əsasında “And yerimiz-
şəhidlər” (II hissə) adlı kitab nəşr etdirib.
Layihə çərçivəsində oktyabr ayının 10-da Qusar rayonunun Gənclər Evində şəhid
ailələri, qazilər və Qusar Rayonu İcra Hakimiyyətinin nümayəndəsinin iştirakı ilə “And
yerimiz-şəhidlər” adlı kitabın təqdimatı keçirildi. Tədbiri giriş sözü ilə açan “Beynəlxalq Əlillər
Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev Ulu Öndər Heydər Əliyevin və bütün şəhidlərimizin
xatirəsini 1 dəqiqəlik sükutla yad etməyi təklif etdi, sonra yerli icra hakimiyyətlərindən alınmış
statistik rəqəmlər əsasında nəşr olunmuş “And yerimiz-şəhidlər” kitabında yer alan Qusar
rayonunun igid oğullarının vətən müharibəsində göstərdikləri qəhrəmanlıqlardan söz açaraq
hər biri haqqında bir ayrıca kitab yazmağa, filmlər çəkilməyə layiq olduqlarını xüsusi qeyd
etdi.
Tahir Xudiyev və BƏC İB-in İdarə Heyəti üzvü, polkovnik Ağalar Əliyev öz çıxışlarında
dövlətimizin şəhid ailələri və qazilərə olan diqqət və qayğısından söz açdılar, BEC İB-in öz
Nizamnaməsinə əsasən dövlətimizin sosial sahədə çıxardığı qanunların yerlərdə icrasına
nəzarət etmək hüququ olmasını bildirdilər. BƏC İB-in indiyədək əlilliyi olan məhbusların və
digər imtiyazlı şəxslərin problemlərinin müsbət həllində göstərdiyi köməkliklər barədə qısaca
məlumat verdilər. Bu layihənin məqsədlərindən birinin də şəhid ailələri və qazilərin
problemlərini öyrənməkdən ibarət olmasını vurğuladılar.
Tədbirdə iştirak edən şair–publisit German Hüseynov Vətən müharibəsində
qəhrəmanlıq göstərmiş igidlərimizin tanıdılmasında “And yerimiz-şəhidlər” kitabının
əhəmiyyətli rol oynadığını vurğuladı, digər bölgələrimizdəki şəhidlərimizin tanıdılması üçün bu
layihənin davamlı olmasını məqsədə müvafiq saydı.
BƏC İB-in üzvü, 2-ci qrup əlil Tahir Quliyev qusarlı şəhid analarına üz tutaraq
Vətənimizin yağılardan, düşmənlərdən qorunması, sərhədlərimizin bütövləşdirilməsi uğrunda
layiqli övladlar böyütdüklərinə görə onlara təşəkkürünü bildirdi.
Şəhid Tural Əhmədovun anası Elza xanım şəhid valideynləri adından övladlarının
xatirəsinin yaşadılması, onların tanıdılması məqsədi ilə nəşr olunan “And yerimiz-şəhidlər”
kitabı üçün təşəkkürünü bildirdi.
Şəhid valideynləri öz problemlərindən danışdılar, həllində BƏC İB–dən köməklik
istədilər. BƏC İB İdarə Heyəti üzvü Ağalar Əliyev şəhid ailələri və qazilərin problemlərinin
müsbət həlli üçün aidiyyəti dövlət təkilatlarına müraciət ediləcəyini bildirdi.
Tahir Xudiyev şəhid ailələrini ziyarət edərkən gördüyü neqativ hallardan danışdı, şəhid
ailəsinin evinə kustar üsulla çəkilmiş və böyük təhlükə mənbəyi olan elektrik xəttini qeyd etdi.
Bu təhlükənin aradan qaldırılması üçün lazımi təşkilatlara müraciət ediləcəyini söylədi.
Tədbirdə iştirak edən Qusar Rayonu İcra Hakimiyyətinin Baş məsləhətçisi Rixard
Qədimov da layihənin icrasını müsbət qiymətləndirdi, “And yerimiz-şəhidlər” kitabında Qusar
rayonundan olan Vətən müharibəsi şəhidləri və qaziləri barədə məlumatların da verildiyi üçün
təşəkkürünü bildirdi.
Sonda şəhidlərimizin ailə üzvlərinə, qazilərə “And yerimiz-şəhidlər” kitabı təqdim edildi,
xatirə şəkili çəkildi.
Onu da xüsusi olaraq diqqətə yetirmək istərdik ki, tədbirdən bir gün əvvəl Qusar
rayonuna səfər edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvləri layihədən kənar olaraq,
heç bir yerdən maddi dəstək almadan, öz şəxsi təşəbbüsləri ilə, 19-20 sentyabrda
respublikamızda keçirilən uğurlu lokal xarakterli antiterror əməliyyatında şəhid olan Qusar
rayon şəhidlərinin ailələrini ziyarət etdilər, onlara mənəvi dəstək oldular. Bütün ailələrə
müqəddəs Quran kitabı və Məkkə xurması, “And yerimiz-şəhidlər” kitabı təqdim edildi.
Valideynlər şəhidliyin uca Tanrı dərgahında ən ali məqam olmasını, övladlarının
Vətənimzin bütövlüyü uğrunda şəhid olmasından qürur duyduqlarını bildirdilər, -təki Vətən
sağ olsun-,söylədilər. BƏC İB üzvləri valideynlərin bu məğrurluğundan təsirləndiklərini, fəxr
etdiklərini, qəhrəman oğlullar böyüdən ailələrə təşəkkürlərini bildirdilər. Onların
tanıdılmasında yaradılan şərait üçün dövlətimizə, Agentliyə təşəkkür etdilər.
Məlahət Abdullayeva
Mətbuat xidməti

YORUMLAR