QHT-nin Azərbaycan həqiqətləri və Xocalı soyqırımı ilə bağlı gördüyü işlər "

QHT-nin Azərbaycan həqiqətləri və Xocalı soyqırımı ilə bağlı gördüyü işlər

QHT-nin Azərbaycan həqiqətləri və Xocalı soyqırımı ilə bağlı gördüyü işlər "
23 Şubat 2016 - 16:31
QHT-nin Azərbaycan həqiqətləri və Xocalı soyqırımı ilə bağlı 

gördüyü işlər

 “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti 

redaksiyası hər iki təşkilatın rəhbəri Tahir Xudiyevin təşkilatçılığı ilə əlil və 

imkansız insanların problemlərinin həlli ilə yanaşı keçirdikləri bütün 

tədbirlərdə vətənpərvərlik ruhunun artırılması məqsədi ilə Azərbaycan 

həqiqətləri və müasir zəmanəmizin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı 

barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasını daim gündəmə 

gətirirlər. 

Bu məqsədlə Azərbaycanda keçirilən tədbirlərlə yanaşı, Tahir Xudiyev 

Almaniyanın Köln şəhərində və Avropanın inkişaf etmiş digər şəhərlərində 

Xocalı soyqımı ilə bağlı tədbirlər də keçirmiş, Xocalı həqiqətləri haqqındakı 

kitab və bukletləri iştirakçılara paylamışdır. O cümlədən, hələ 2008-ci ildə 

Amerika Birləşmiş Ştatlarından aldığı dəvət zamanı Vaşinqtonda  Senatın 

Kitabxanasında və  Nyu-York Ştatının Sirakus şəhərində Seçki dairəsinin 

sədri və üzvləri arasında Azərbaycan həqiqətləri və Xocalı soyqırımı 

haqqında məlumat vermiş, yenə də təbliğat vasitələri paylamışdır. Qeyd 

edək ki, o vaxtlar seçki dairəsinin nə sədri, nə də üzvlərinin Azərbaycan və 

Xocalı soyqırımı  barədə heç bir məlumatı yox idi. 

Fikrimizcə, Xocalı faciəsinin ildə bir dəfə ildönümünü keçirmək azdır, 

hər bir tədbirdə bu barədə danışılmalıdır. Xaricdə yaşayan azərbaycanlı 

soydaşlarımız tərəfindən yerli əhali arasında daima geniş təbliğat və 

təşviqat işləri aparılmalı, ən vacibi isə  orta məktəblərdə şagirdlərimizə 

Azərbaycan həqiqətləri və Xocalı soyqırımı daha geniş şəkildə 

çatdırılmalıdır. 

“Əlillər Dünyası” qəzeti

22.02.2016

YORUMLAR

  • 0 Yorum