QHT-nin Azərbaycan həqiqətləri və Xocalı soyqırımı ilə bağlı gördüyü işlər "
QHT-nin Azərbaycan həqiqətləri və Xocalı soyqırımı ilə bağlı gördüyü işlər
23 Şubat 2016 - 16:31
QHT-nin Azərbaycan həqiqətləri və Xocalı soyqırımı ilə bağlı
gördüyü işlər
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti
redaksiyası hər iki təşkilatın rəhbəri Tahir Xudiyevin təşkilatçılığı ilə əlil və
imkansız insanların problemlərinin həlli ilə yanaşı keçirdikləri bütün
tədbirlərdə vətənpərvərlik ruhunun artırılması məqsədi ilə Azərbaycan
həqiqətləri və müasir zəmanəmizin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı
barədə məlumatların dünya ictimaiyyətinə çatdırılmasını daim gündəmə
gətirirlər.
Bu məqsədlə Azərbaycanda keçirilən tədbirlərlə yanaşı, Tahir Xudiyev
Almaniyanın Köln şəhərində və Avropanın inkişaf etmiş digər şəhərlərində
Xocalı soyqımı ilə bağlı tədbirlər də keçirmiş, Xocalı həqiqətləri haqqındakı
kitab və bukletləri iştirakçılara paylamışdır. O cümlədən, hələ 2008-ci ildə
Amerika Birləşmiş Ştatlarından aldığı dəvət zamanı Vaşinqtonda Senatın
Kitabxanasında və Nyu-York Ştatının Sirakus şəhərində Seçki dairəsinin
sədri və üzvləri arasında Azərbaycan həqiqətləri və Xocalı soyqırımı
haqqında məlumat vermiş, yenə də təbliğat vasitələri paylamışdır. Qeyd
edək ki, o vaxtlar seçki dairəsinin nə sədri, nə də üzvlərinin Azərbaycan və
Xocalı soyqırımı barədə heç bir məlumatı yox idi.
Fikrimizcə, Xocalı faciəsinin ildə bir dəfə ildönümünü keçirmək azdır,
hər bir tədbirdə bu barədə danışılmalıdır. Xaricdə yaşayan azərbaycanlı
soydaşlarımız tərəfindən yerli əhali arasında daima geniş təbliğat və
təşviqat işləri aparılmalı, ən vacibi isə orta məktəblərdə şagirdlərimizə
Azərbaycan həqiqətləri və Xocalı soyqırımı daha geniş şəkildə
çatdırılmalıdır.
“Əlillər Dünyası” qəzeti
22.02.2016

YORUMLAR