QHT əməkdaşları Qarabağda

QHT əməkdaşları Qarabağda
28 Ağustos 2025 - 17:59
QHT əməkdaşları Qarabağda

“Beynəlxalq Əlillər Cəmiyyəti” ictimai birliyinin (BƏCİB) üzvləri - 2-ci qrup
Qarabağ müharibəsi əlili H.Xudiyev, 2-ci qrup Qarabağ müharibəsi əlili, Milli Qəhrəman
Asif Məhərrəmovun qardaşı S.Məhərrəmov və layihə rəhbəri T.Xudiyev Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Konstitusiya
və Suverenlik İli”nə həsr olunmuş "Cəmiyyətlə yenidən bağlantı və sosial inteqrasiya"
adlı layihənin icrası zamanı Şuşa, Laçın, Ağdam, Xankəndi və Gəncə şəhərlərində
olmuş, əlil və şəhid ailələri ilə görüşmüşlər.
Gəncə şəhərində Tehranda şəhid edilmiş Orxan Əsgərovun atası Rizvan
Əsgərova, hər biri polis əməkdaşı olan 2 qardaşı və həyat yoldaşı Birinci Qarabağ
müharibəsi zamanı şəhid olmuş, Xankəndi şəhərində yaşayan Təranə Şahmuradovaya
baş çəkmişlər.

Mətbuat Xidmətindən

YORUMLAR

  • 0 Yorum