QHT qədim Türk xalq sənəti incilərinin sərgisini təşkil etdi
29 Ağustos 2025 - 22:43
QHT qədim Türk xalq sənəti incilərinin sərgisini təşkil etdi
“Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai birliyinin
(TTXMİDİB) Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət
Dəstəyi Agentliyinin maliyyə yardımı və Bakıdakı Yunus Əmrə İnstitutunun
tərəfdaşlığı ilə icra etdiyi “Toxuculuq və ebru sənətinin öyrədilməsi” adlı layihəsi
zamanı ixtisaslı təlimçilər tərəfindən ebru və toxuculuq kurslarına cəlb olunan 1-ci və
2-ci qrup fiziki qüsurlu xanımlara, evdar, işsiz qadınlara, məktəblilərə bu qədim
sənətlərin sirrləri öyrədilib. Bu gün Türk Dünyasının dahi şəxsiyyəti Yunus Əmrənin
adını daşıyan Sənət Mərkəzində Türk xalqlarına məxsus qədim toxuculuq və əbru
sənətinin bugünkü davamçıları sayılan həmin kursların öyrəncilərinin əl işlərindən
ibarət satış-sərgi təşkil olundu.
Tədbiri giriş sözü ilə açan Bakıdakı Yunus Əmrə İnstitutunun müdiri vəsifəsini
icra edən Hüseyn Musayev açaraq belə əhəmiyyətli bir layihəyə tərəfdaşlıq etməkdən
böyük zövq duyduğunu bildirdi.
Lahiyə rəhbəri və ictimai birliyin sədri Zərnişan Azayeva Türk Dünyasının
qədim-qayım sənət sahələrindən olan toxuculuq və əbru sənətinin bu gün daha
müasir şəkildə davam etdiyini, həyatımızdan çıxmadığını söylədi. Layihənin əsas
məqsədi işsiz, evdar qadınlara sənət öyrətməklə maddi vəziyyətlərinin
yaxşılaşdırılması, onların cəmiyyətə inteqrasiyasına nail olmaq idi.
Bakıdakı Yunus Əmrə İnstitutunun Mədəniyyət sahəsi üzrə koordinatoru Aygün
Ələkbərzadə layihənin çox gərəkli və gənclərimiz üçün çox faydalı olduğunu dilə
gətirdi.
Zərəngiz Ağamirova, Zəhra Əliyeva, “Məhsəti” şairlər məclisi İB-in sədri
Cəvahir Qaraqızı, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev,
Üzeyirbəyşünas Səadət Qarabağlı şıxış edərək belə xoşməramlı layihələrin daha çox
həyata keçirilməsinin gənclər arasında sənətə maraq yaratmağından danışdılar, əl
əməyi, göz nuru ilə hazırladıqları sənət əsərlərinin, əşyaların satışını həyata
keçirməklə özlərinə kiçik biznes quraraq ailə büdcələrinə maddi dəstək ola
biləcəklərini təqdirəlayiq saydılar.
Tədbirin sonunda layihəyə cəlb olunan iştirakçılara kursları bitirmələri barədə
Sertifikatlar təqdim olundu.
Bununla da Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət

tərəfdaşlığı ilə “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək” ictimai
birliyinin həyata keçirdiyi “Toxuculuq və ebru sənətinin öyrədilməsi” adlı layihə başa
çatdı.
Mətbuat Xidmətindən
29.08.2025

YORUMLAR