DÖYÜNƏN BİR ÜRƏYƏM

DÖYÜNƏN BİR ÜRƏYƏM İradə Əlili Baxışında açılan bir qönçəyəm Ətrimdən xəbərin yoxmuş. Əllərində döyünən bir ürəyəm, Alovumdan xəbərin yoxmuş. Nəfəsinlə gur yanan bir ocaq oldum, İstisinə sığınmadın. Düşündüm ki, səbrin çoxmuş, Pərvanə tək hey başına dolandığım. Hisslərimdə təlatümlü dəniz oldum...

DÖYÜNƏN BİR ÜRƏYƏM
28 Şubat 2016 - 08:44
DÖYÜNƏN BİR ÜRƏYƏM

İradə Əlili

 Baxışında açılan bir qönçəyəm

 Ətrimdən xəbərin yoxmuş.

Əllərində döyünən bir ürəyəm,

Alovumdan xəbərin yoxmuş.

Nəfəsinlə  gur yanan bir ocaq oldum,

İstisinə  sığınmadın.

Düşündüm ki, səbrin çoxmuş,

Pərvanə tək hey başına dolandığım.

Hisslərimdə təlatümlü  dəniz oldum...

 Həsrətinlə coşub-daşıb sahillərdə,

Ayaq altda mən qum oldum,

Sevdalı könlümdən xəbərin yoxmuş.

Artıq mən deyil, artıq mən sənəm,

Anladım, atəşi güman qəlbinəm!

Gözümdə sitəmim, qəlbimdə qəmim,

 De ki, sənin elə bu sevgidən Xəbərin yoxmuş...

Sənzizəm, sənsizəm, sənsiz, əzizim.

YORUMLAR

  • 0 Yorum