"Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək" İctimai Birliyi yeni layihənin icrasına başladı

"Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək" İctimai Birliyi yeni layihənin icrasına başladı
14 Mart 2023 - 20:49
“Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai

Birliyi yeni layihənin icrasına başladı

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə dəstəyi ilə “Aztəminatlı Əlil, Şəhid və Müharibə Veteranları
Ailələrinə Kömək” İctimai Birliyi yeni layihənin icrasına start verib.
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə cəmi 44 gün davam edərək
Zəfərlə başa çatan Vətən müharibəsi ilə Azərbaycan tarixinə növbəti şanlı səhifə
yazıldı. Elə ilk günlərindən döyüş əməliyyatlarına qatılan və misli görünməmiş
qəhrəmanlıqlar göstərən igidlərimizdən biri də şəhid polkovnik-leytenant Rəşad
Quliyevdir. Bu layihə zamanı “Canavar” ləqəbli şəhid Rəşad Quliyevin xatirəsinin
əbədiləşdirilməsi və tanıdılması məqsədi ilə onun şərəfli həyat və döyüş yoluna
həsr edilmiş film çəkiləcək və təqdimatı keçiriləcək.
Hesab edirik ki, Vətənimizin azadlığı uğrunda canlarından keçən
şəhidlərimizin tanıdılması, xatirəsinin əbədiləşdirilməsi hər birimizin borcudur.
Mətbuat Xidməti
02.03.2023

YORUMLAR

  • 0 Yorum