Ağalar Bayramov-70

Ağalar Bayramov-70
20 Ocak 2024 - 15:26
Ağalar Bayramov-70

Respublikanın Əməkdar artisti, Mədəniyyət və İncəsənət Universitetinin
professoru, Suraxanı Rayon Ağsaqqallar Şurasının sədr müavini, bədii qiraət ustası
Ağalar Bayramovun 70 illik yubileyi ilə bağlı İcra Başçısı Əziz Əzizovun təşkilatçılığı ilə
İcra Hakimiyyətində keçirilən tədbirdə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB sədri, “Əlillər
Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev də iştirak edirdi. Tahir müəllim bildirdi
ki, Suraxanı Rayon İcra Başçısının Ağalar Bayramov üçün yüksək səviyyədə təşkil
etdiyi tədbir təqdirəlayiq sayılır. O, bildirdi ki, Ağalar müəllimi hələ 35 il bundan əvvəl
gənc yaşlarından televiziyadan, mətbuatdan bədii qiraətçi kimi tanımışam. Allah elə bir
təsadüf saldı ki, 16 il bundan əvvəl Azərbaycan günləri, Novruz şənliklərini keçirmək
üçün Ağalar Bayramovla birgə Dərbənd səfərində olmuş, Narın-Qalanı ziyarət
etmişik. Dərbənddə olarkən onun qəlbində Azərbaycan xalqını bir bayraq altında
görmək istəyini hiss etdim. Ağalar müəllimin ürəyindən keçirdiyi bu arzular xalqını və
vətənini sevən vətənpərvər insanların arzusudur. Biz də sənin bu arzularına qoşularaq,
Allahdan bu arzuların gerçəyə çevrilməsini diləyirik. Gözəl diksiyaya malik Ağalar
müəllim 44 günlük Vətən müharibəsində səsi ilə hamını valeh etmişdir. 1941-1945-ci il
müharibəsində Levitan kimi. O da Azərbaycanımız Levitanıdır.
Tahir müəlim bütün kollektiv adından Ağalar Bayramovun 70 illiyi ilə bağlı ona
uzun ömür, böyük Allahdan cansağlığı, 100 illiyini qeyd etməsini arzu etmişdir.
Eyni zamanda bildirdi ki, Suraxanı Rayon İcra Başçısı Əziz Əzizovun şəhid
ailələrinə, qazilərə, ziyalılara, ictimai xadimlərə göstərdiyi diqqət və qayğı digər rayon
icra başçılarına bir nümunə olmalıdır.
Tədbirdə görkəmli Azərbaycan ziyalıları, elm xadimləri, millət vəkilləri, yazarlar,
dövlət təşkilatlarının nümayəndələri iştirak edirdilər. Xaql artisti, Türk Dünyasının
sevimlisi Gülyanaq Məmmədova, Mirələm Mirələmov, Bahar Lətifqızı, Arzu Qarabağlı
tədbirin konsert proqramını öz gözəl ifaları ilə zənginləşdirdilər.
"Əlillər Dünyası" qəzetindən
19.01.2024

YORUMLAR

  • 0 Yorum