Xüsusi səhiyyə ocağının laqeydliyi

Xüsusi səhiyyə ocağının laqeydliyi ;Beynəlxalq Əlillər CəmiyyətiİB dövlətin əlilliyi olan insanlara dair hər bir sahədə çıxardığı qanunların icra olunmasına ictimai nəzarəti həyata keçirən bir neçə təşkilatdan biridir. Yalnız respublikamızda deyil bütün dünyada hökm sürən ağır pandemiya dövr

Xüsusi səhiyyə ocağının laqeydliyi
28 Mayıs 2020 - 20:33
Xüsusi səhiyyə ocağının laqeydliyi

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB dövlətin əlilliyi olan insanlara dair hər bir sahədə

çıxardığı qanunların icra olunmasına ictimai nəzarəti həyata keçirən bir neçə

təşkilatdan biridir.

Yalnız respublikamızda deyil bütün dünyada hökm sürən ağır pandemiya

dövründə əlilliyi olan, xəstə və imtiyazlı insanlar 5 saylı Şəhər Kliniki Xəstəxanasının

mühafizəçiləri tərəfindən təhqir olunmağı barədə bizə narazılıq və şikayətlərini

bildirirdilər. Bilirik ki, indiki ağır şəraitdə pandemiya dövründə, həm də Azərbaycanın

mədəniyyət beşiyi olan Şuşada baş verən hadisələr, mənfur erməni qonşularımızın

Qarabağda at oynatdığı bir zamanda Azərbyacan üçün ağır, çətin bir şəraitdə məcburi

köçkünlərin, Qarabağ əlilləri və veteranlarının stress keçirərək psixoz bir vəziyyətdə

olduğu bir zamanda 5 saylı xəstəxanaya gələn imtiyazlı insanlarla kobud davranmağın

nə qədər düzgün olub-olmadığını öyrənmək istədim. Səhhətimdə olan ağır xəstəliklərə

baxmayaraq bu müraciətləri araşdırmaq üçün özüm həmin xəstəxanya getdim və

həmin vəziyyətlə özüm də qarşılaşdım. Belə ki mühafizəçinin mənə yaxınlaşaraq

qızdırmanı ölçmək üçün olan cihazı kobud şəkildə həqiqətən də şəxsiyyətə toxunan

tərzdə alnıma tutması nəticəsində həmin psixoz həyacan və stress mənə də

yaşadıldı. İmtiyazlı şəxslərə qarşı olan bu təhqiramiz hadisələr sonradan baş həkimə

çatdırılanda o bildirdi ki, biz mühafizəçini işdən azad edə bilmərik, adam yoxdu yerinə

qoymağa. Bu necə rəhbər işçidir ki, tədbir görmək əvəzinə xəstə, əlilliyi olan insanların

hissləri ilə oynayaraq onların üstünə polisi çağırır. 5 saylı xəstəxana ilə eyni həyətdə

Elmi-Tədqiqat Kardiologiya İnstitutu yerləşir, orda insanlarla davranış yüksək

səviyyədədir.

Onu da qeyd edim ki, bu ilin əvvəlində Şuşa şəhərindən məcburi köçkün Naibə

Sadıqova aldığı yanıq xəsarəti ilə bağlı 5 saylı xəstəxananın yanıq şöbəsinə

yerləşdirilmişdi (yanvarın 26-da yanıqla əlaqədar 5 saylı xəstəxanaya yerləşdirilib,

fevraıl 9-da isə orada rəhmətə gedib). Bu xanım kimsəsiz olduğundan ona xüsusi

diqqət və qayğı ilə yanaşılması üçün Səhiyyə Nazirliyinə müraciət etdik. Növbəti dəfə

də Səhiyyə Nazirliyi tərəfindən müraciətimizə diqqətlə yanaşıldı və Nazirliyin əməkdaşı

Ülviyyə xanım bildirdi ki, baş həkim Naibə Sadıqova barədə məlumatlandırılıb, xahiş

onun nəzərinə çatdırılıb. Məktubla əlaqədar baş həkimlə görüşmək üçün şəxsən mən

özüm ora getdim. Lakin baş həkim 1-ci qrup əlil, müharibə veteranı olmağıma

baxmayaraq məni qapıda yarım saat səbəbsiz yerə gözlətdi(qəbulunda heç kəs yox

idi). Sonra isə vətən uğrunda sağlamlığını itirən, özündən yaşca çox böyük olan 1-ci

qrup əlili salamsız-kəlamsız, insanlığa yaraşmayan çox qeyri-etik bir tərzdə qarşıladı.

O, hətta naziriyin tapşırığına da məhəl qoymadı. Tibbi personal tərəfindən isə maddi

imkanı olmayan Naibə Sadıqovaya baş çəkməyə gələn həmyerlilərindən məcburən pul

alındı. Səhiyyə Nazirliyinin xüsusi tapşırığı olmasına baxmayaraq sonradan xəstənin

ölüm kağızının verilməsində də süründürməçilik edirdilər. Ölüm kağızının alınmasında

da Səhiyyə Nazirliyi köməyə çatdı.

Deyəsən möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən respublikamızda

gedən korrupsiyaya qarşı mübarizə və islahatlar 5 saylı xəstəxanaya heç bir təsir

göstərmir, bu gün də 5 saylı xəstəxanada müayinə və müalicə pulla həyata keçirilir.

Artıq dözülməz həddə çatdığından qarşılaşdığımız bu problemi ictimailəşdirməyi

özümüzə borc bildik.

YORUMLAR

  • 0 Yorum