Xoşbəxt Seidova"Birliyimiz sarsılmazdır əbədidir."

Xoşbəxt Seidova"Birliyimiz sarsılmazdır əbədidir."
27 Ekim 2021 - 21:42 - Güncelleme: 28 Ekim 2021 - 10:22
Xoşbəxt Seidova"Birliyimiz sarsılmazdır əbədidir."
            Genclerin Tenhalara dayaq İctimai Birliyinin sədri,hüquqşünas Siyasi və sosial məsələlər üzrə mütəxəssis.Xoşbəxt Seidova"Türkiye ile Birliyimiz sarsılmazdır əbədidir."dedi.
               Xoşbəxt Seidova,"Fuzuli havalimanının açılması ile ilgili bir mesaj yayınlıyarak şunları söyledi:"Türkiyə Azərbaycan qardaşlığı əbədi və önəmli faktordur.İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Füzulidə hava limanının açılışı oldu və rəmzi açarlar prezidentlərə təqdim edildi. Qısa zamanda Füzuli Beynəlxalq Hava Limanının tikilməsi Azərbaycan dövlətinin gücünü və bu quruculuq işlərində sürətli olmağını göstərir. Türkiyə Prezidentinin təyyarəsinin Füzuli hava limanına enməsi siyasi və o cümlədən qardaşlıq dəstəyidir. Ərdoğanın dediyi kimi bu dəstək hər zaman davam edəcək. Hava limanının açılışı,Zəngəzur koridorunun   salınması və "ağıllı kənd" modelinin nümayişi  sürətli inkişafın gələcəkdə daha böyük uğura imza atacağımızın xəbərçisidir. Qarabağda və Şərqi Zəngəzurda Türk dünyasının gələcək arxitekturasının sütunları inşa edilir,  Türküstanadək 5 milyon kv. kilometrə yaxın ərazidə yerləşən müstəqil türk dövlətlərini vahid siyasi, iqtisadi və hərbi platformada birləşdirən strateji ittifaqın gələcək tələbləri qarşılanır, böyük ideyaların reallaşdırılmasına imkan verəcək təməllər atılır. "Bir Millət İki Dövlət" anlayışı və ruhu ilə öz strateji hədəflərinə inamla yürüyən Azərbaycan və Türkiyə Prezidentləri Qarabağda və Şərqi Zəngəzurda regionun və bütövlükdə Türk dünyasının gələcəyini bəlirləyən çox önəmli layihələrə imza ataraq yeni tarix yazdılar.Zəngəzur dəhlizinin  (Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolu) təməli qoyuldu! 
Xəyallarımız gerçək olur!

YORUMLAR

  • 0 Yorum