Xoşbəxt Seidova,Birliğimiz gücümüzdür.

Xoşbəxt Seidova,Birliğimiz gücümüzdür.
22 Haziran 2021 - 18:09

Xoşbəxt Seidova,Birliğimiz gücümüzdür.

Gənclərin "Tənhalara dayaq"İctimai Birliyinin rəhbəri Xoşbəxt Seidova Şuşa da gerçekleşen Azerbaycan Cumhurbaşkanı İlham Aliyev ve Türkiye Devlet başkanı  Recep Tayyip Erdoğan ‘ın tarihi buluşmasıyla ilgili bir açıklama yaptı..
                    Xoşbəxt Seidova,şunları söyledi.” Tarixin beşiyi Şuşa şəhərində Azərbaycan və Türkiyə liderləri yeni tarixə yenə dönəmə Şuşa Bayəmnaməsinə imza atmışlar. Bəyamnamədə Zəngəzur koridoru dəhlizi bölgədə geosiyasi əhəmiyyətə malik olacaq. Həm avtamobil, həm dəmir yolunun açılışı, humanitar, elm-təhsil, mədəniyyət  və digər sahələrin də inkişafı deməkdir. 30 ilə yaxın bir dövrdə yadların əlində təcavüzə məruz qalan, dağıdılan mili-mənəvi dəyərlərinə, mədəniyyət abidələrinə vurulan zərbələr onun qürurunu qırmayıb, Şuşa doğmalarına, qovuşub. Sahiblərinin əlində olan Şuşa gözəlləşib, abadlaşıb. Təmir bərpa, yenidənqurma işləri Xan sarayına, Xurşud Banu Natəvanın ev muzeyinə yeni nəfəs verdi. Qars müqaviləsindən 100 il sonra imzalanan bəyamnamə zəngin tarixi irsimizə mənəvi siyasi dəstək verdi, ilk önəmli rəsmi qonaq isə  Türkiyənin Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğan oldu. Möhtəşəm çıxışı, qəlbimizi qürür hissi ilə doldurdu. Bütün dünyaya mesaj verən cümhurbaşqanı "Türkiyə Azərbaycan birliyi bu gün də var, sabah da olacaq". Birliyimiz gücümüzə güc qatacaq. Zəngəzur koridorunun, dəhlizinin açılışı çox böyük imkanlar yaradacaq, 6 ölkənin platformasının qurulması, regionda sabitliyin, inkişafın qarantıdır. Hər zaman bütün qəlbi ilə Azərbaycanın yanında olan Türkiyə həm dövlət, həm millət kimi gücümüzə güc qatıb. Şuşa şəhərində ilk Konsulluğunu açan Türkiyə, bölgədə görülən işlərin,əməkdaşlıq layihələrinin, sakitliyin təhlükəsizliyin təminatçısıdır. Sevinci-sevincimiz qədəri-qədərimiz, kədəri-kədərimiz, dili-dilimiz, dini-dinimizdir. Müzəffər Ali Baş Komandanımızın  rəhbərliyi, rəşadətli ordumuzun igidliyi, xalqımızın birliyi nəticəsində 44 günlük Vətən müharibəsində qələbə qazandıq. Türkiyə həm dövlət, həm millət olaraq, Azərbaycan xalqının yanında oldu. Qazandığımız qələbə türk qardaşlarımızın da qələbəsi oldu. Zəfər paradında da birlikdə addımladıq. Bütün qəlbimizlə inanırıq ki, birlikdə görüləcək çox böyük işlərə, layihələrə imza atacağıq. Rifaha, inkişafa, tərəqqiyə doğru da birlikdə  addımlayacayıq.
 
Gənclərin "Tənhalara dayaq"İctimai Birliyinin rəhbəri Xoşbəxt Seidova.
 

YORUMLAR

  • 0 Yorum