Şuranın dəstəyilə yazıçı ilə görüş təşkil edilib
Şuranın dəstəyilə yazıçı ilə görüş təşkil edilib qhtxeber.az// “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi Türkiyə Cümhuriyyəti Milli Eğitim Bakanlığı və Azərbaycan Təhsil Nazirliyinin ortaq dövlət məktəbi olan Bakı Türk Anadolu Liseyinin (BTAL) konfrans zalında yazıçı Nurəddin Ədiloğlu ilə buraxılış sinif şagirdlərinin və liseyin müəllimlərinin görüşün təşkil edib.
29 Haziran 2018 - 08:47
Şuranın dəstəyilə yazıçı ilə görüş təşkil edilib
qhtxeber.az// “Ahıllara və Tənhalara Dəstək” ictimai birliyi Türkiyə Cümhuriyyəti Milli Eğitim Bakanlığı və Azərbaycan Təhsil Nazirliyinin ortaq dövlət məktəbi olan Bakı Türk Anadolu Liseyinin (BTAL) konfrans zalında yazıçı Nurəddin Ədiloğlu ilə buraxılış sinif şagirdlərinin və liseyin müəllimlərinin görüşün təşkil edib.
qhtxeber.az-ın məlumatına görə, görüş Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən “Yaşlı insanlar üçün sosial adaptasiya və dəstək proqramı” layihəsi çərçivəsində baş tutub.
Tədbiri giriş sözü ilə açan “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin sədri Ruhiyyə Məmmədova bildirib ki, layihə çərçivəsində 3 təhsil müəssisəsində yaşlı nəslin nümayəndəsi olan yaradıcı insanlarla (şair, yazıçı və s.) yeniyetmə və gənclərin görüşü nəzərdə tutulub.
Bundan başqa, yaşlı insanların asudə vaxtının səmərəli keçirilməsinə diqqəti çəkmək məqsədi ilə onlar arasında stolüstü idman yarışları təşkil ediləcək.
Layihənin yekun tədbiri isə yaşlı insanların yaradıcılıq imkanlarının nümayiş etdirlməsi üçün nəzərdə tutulan bədii əyləncəli proqram olacaq.
Sonra təşkilat sədri yazıçı Nurəddin Ədiloğlu haqqında tədbir iştirakçılarına məlumat verib.
Liseyin müdiri Nurullah Yazıcı çıxış edərək bu kimi tədbirlərin keçirilməsinin gənclər üçün vacib olduğunu bildirib.
Daha sonra müdir yardımçısı Meral Bahar, Bakı Dövlət Universitetinin Kitabxanaçılıq -informasiya fakültəsinin müəllimi, Peşəyönümlü Təhsilin İnkişafına Yardım İctimai Birliyinin sədri İradə Əlili çıxış ediblər.
Yazıçı Nurəddin Ədiloğlu öz yaradıcılığının ana xəttini təşkil edən hərbi-vətənpərvərlik mövzusu ilə bağlı geniş çıxış edib, liseyin kitabxanasına, əlaçı şagirdlərə və ədəbiyyat həvəskarı olan müəllimlərə kitablarını hədiyyə edib.
Nurullah Yazıcı Nurəddin Ədiloğlunu 60 illik yubileyi münasibəti ilə təbrik etmiş ona liseyin müəllim və şagird kollektivi adından hədiyyə təqdim edib.
Ədəbi-məclisdə müğənni, Qarabağ müharibəsinin veteranı Rahib Adışirinli Azərbaycan bəstəkarlarının mahnılarını ifa edib.
Görüşün rəsmi hissəsindən sonra söhbət “Ahıllara və Tənhalara Dəstək” İctimai Birliyinin təşkil etdiyi çay və şirniyyat süfrəsi ətrafında yazıçı ilə davam etdirilib.

YORUMLAR