QHT Tərtər şəhərində Qarabağ müharibəsi əlili ilə görüşdü
07 Nisan 2022 - 22:04
QHT Tərtər şəhərində Qarabağ müharibəsi əlili ilə görüşdü
Azərbaycan Respublikasının QHT-lərə Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə
"Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı
layihə həyata keçirən “Beynəlxalq Əlillər Cəmiyyəti" İB (BƏC İB)-in əməkaşları-layihə
rəhbəri Tahir Xudiyev, BƏC İB-in Qarabağ Regionu üzrə Nümayəndəliyinin rəhbəri, Qarabağ
müharibəsi veteranı, layihənin eksperti Həsənağa Bayramov və BƏC İB-in üzvü, 2-ci qrup
əlil, tibb xidməti polkovniki, Qarabağ müharibəsi veteranı İlham Sadıqov bu dəfə Tərtər
şəhərərində olmuşlar. Onlar 2-ci qrup Qarabağ müharibəsi əlili, təqaüddə olan polis əməkdaşı
Əliş Cümşüd oğlu Əliyevin müraciəti əsasında onunla görüşərək problemləri ilə
maraqlanmışlar. Əliş Əliyev ürək xəstəliyindən uzun müddətdir ki, əziyyət çəkir. Həkim
rəyinə əsasən ona təcili əməliyyat lazımdır. Maddi imkanı olmadığından BƏC İB-ə müraciət
edərək köməklik göstərməyi xahiş etmişdir.
Əliş Əlyev onu da bildirdi ki, nə rəsmi, nə də şifahi şəkildə heç bir yerə müraciət
etmədən dövlət tərəfindən ona öz həyətində iki otaqlı, tam təmirli fərdi yaşayış evi tikilmişdir.
Bu diqqət və qayğıdan çox məmnun olduğunu bildirmiş, möhtərəm Prezidentimizə
təşəkkürünü çatdırmağı BƏC İB və “Türk Dünyası Turan Düşüncə Mərkəzi”indən xahiş
etmişdir.
Bir daha bildiririk ki, layihənin icrası zamanı bütün kateqoriyadan olan əlilliyi olan
şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşüb əlil olmuş şəxslər və döyüşçülər,
şəhid ailələri və Milli Qəhrəman ailələri, məcburi köçkünlər, həmçinin əlilliyi olan
məhbusların və onların ailə üzvlərinin tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilir,
həlli istiqamətində işlər aparılır, onlara psixoloji xidmət göstərilir, eləcə də onlarla
maarifləndirmə işləri aparılır. İndiyədək 10-larla insanlara köməklik göstərilib, onların
problemləri ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər olunub, problemləri
ictimailəşdirilib. Eləcə də layihə çərçivəsində nəşr olunmuş “İmtiyazlı şəxslər üçün məlumat
kitabı” da maarifləndirmə məqsədi ilə onlara təqdim olunur.

YORUMLAR