QHT Agentliyin dəstəyi ilə "And yerimiz-Şəhidlər!" adlı layihəyə start verdi
03 Temmuz 2023 - 13:36
QHT Agentliyin dəstəyi ilə “And yerimiz-Şəhidlər!” adlı
layihəyə start verdi
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai
Birliyi iyul-sentyabr aylarında "And yerimiz- Şəhidlər”! adlı layihənin həyata
keçirilməsinə başlayıb.
Layihə zamanı vaxtı ilə respublikamızın Xaçmaz, Quba və Qusar rayonlarında
yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla şəhid olan
oğullarımızın adlarının, xatirələrinin əbədiləşdirilməsi, yaşadılması, eləcə də əlillik
dərəcəsi almış qazilərimizin tanıdılması məqsədi ilə onlar barədə məlumatlar toplanıb
kitab şəklində nəşr etdiriləcək. Bu məqsədlə nəşr olunan “And yerimiz-Şəhidlər” kitabı
da keçirilən tədbirlərdə şəhidlərimizin ailə üzvlərinə, iştirakçılara paylanacaq,
maarifləndirmə və gənclərimizin vətənpərvərlik ruhunda tərbiyəsi məqsədi ilə
kitabxanalara təqdim olunacaq. Bundan başqa layihənin gedişi zamanı əlilliyi olan və
digər imtiyazlı şəxslərin problemlərinin həlli, lazım gələrsə, hüquqlarının müdafiəsi ilə
də məşğul olunacaq.
Onu da qeyd edək ki, bu, kitabın II hissəsidir. Ötən il Azərbaycan
Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə
dəstəyi ilə “Beynəlxalq Əlillər Cəmiyyəti” İB tərəfindən nəşr olunan “And yerimiz-
şəhidlər” adlı kitabın birinci hissəsində Bakının Nizami rayonu və respublikamızın
Tərtər rayonunda yaşayıb 44 günlük Vətən müharibəsində döyüşlərdə qəhrəmanlıqla
şəhid olan oğullarımız və eləcə də əlillik dərəcəsi almış qazilərimiz barəsində
məlumatlar dərc olunmuşdur.
Mətbuat xidməti
03.07.2023

YORUMLAR