Qarabag veteranına psixoloji yardım

Qarabag veteranına psixoloji yardım
07 Nisan 2022 - 21:57
Qarabag veteranına psixoloji yardım

“Beynəlxalq Əlillər Cəmiyyəti" İB (BƏC İB) Azərbaycan Respublikasının QHT-lərə
Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirdiyi "Həssas sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili" adlı layihə zamanı 10-larla insanlara köməklik göstərilib, onların problemləri ilə bağlı aidiyyəti dövlət təşkilatlarına müraciətlər olunub, problemləri ictimailəşdirilib, müsbət həlli istiqamətində işlər görülüb.
Layihənin psixoloqu İbrahim Əsədli bu dəfə BƏC İB-in Qarabağ Regionu üzrə
Nümayəndəliyinin rəhbəri, “Türk dünyası Turan Düşüncə Mərkəzi” İB-in İdarə Heyəti üzvü,
Qarabağ müharibəsi veteranı, təqaüddə olan polis əməkdaşı Həsənağa Bayramovla seans
keçmişdir. Tərtər Rayon Polis Veteranlar Cəmiyyətinin sədr müavni Həsənağa Bayramov 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Tərtər Rayon İcra Hakimiyyətində yaradılan Hərbi Qərərgahın üzvü olub. Müharibə zamanı Həsənağa Bayramov gecə-gündüz sükan arxasında olub, rayona atılan raket, bomba nəticəsində dağılan evlərin qeydiyyata alınmasında, yaralıların danışmasında, şəhidlərin dəfn olunmasında, yardımların döyüş nöqtəsindəki hərbçilərimizə
çatdırılmasında, hətta təxribatçıların aşkar olunmasında yaxından iştirak edib. Bütün bu
hadisələr zamanı Həsənağa Bayramov böyük sarsıntı, psixoloji gərginlik keçirib. Əsəbləri,
yuxusu pozulub. Bunların nəticəsində müharibədən sonra o, ağır cərrahiyyə əməliyyatı da
keçirib. Layihənin psixoloqu İbrahim Əsədlinin uğurlu metodikası nəticəsində Həsənağa
Bayramovun vəziyyəti xeyli yaxşılaşdı, gərginliyi aradan qalxdı. Buna görə təşəkkürünü
bildirdi. Həsənağa Bayramova maarifləndirmə məqsədi ilə layihə çərçivəsində nəşr olunmuş
“İmtiyazlı şəxslər üçün məlumat kitabı” da hədiyyə edildi.

YORUMLAR

  • 0 Yorum