PRESS-RELİZ QHT-dən növbəti tədbir "

PRESS-RELİZ QHT-dən növbəti tədbir “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti yalnız layihə çərçivəsində deyil, layihədən kənar vaxtlarda da əlilliyi olan insanların, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin sosial problemlərinin həllində daima köməklik göstərir, haqqlarının, hüquqlarının müdafiəsi ilə məşğul olur, lazım gəldikdə ictimai vəkillik Hər il oldugu kimi bu il də, hər iki təşkilat noyabr ayının 28-də “Xudafərin” sarayın

PRESS-RELİZ QHT-dən növbəti tədbir "
29 Kasım 2015 - 12:22
PRESS-RELİZ

QHT-dən növbəti tədbir

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti yalnız layihə 

çərçivəsində deyil, layihədən kənar vaxtlarda da əlilliyi olan insanların, həmçinin əlilliyi 

olan məhbusların və onların ailə üzvlərinin sosial problemlərinin həllində daima köməklik 

göstərir, haqqlarının, hüquqlarının müdafiəsi ilə məşğul olur, lazım gəldikdə ictimai vəkillik 

Hər il oldugu kimi bu il də, hər iki təşkilat noyabr ayının 28-də  “Xudafərin” 

sarayında İmam ehsanı vermişdir. 

Məclisi hər iki təşkilatın rəhbəri Tahir Xudiyev açaraq, islam dininin dostluq, 

həmrəylik, qardaşlıq dini olduğunu qeyd etdi, Azərbaycanda aparılan tolerantlıq siyasətinin 

bu məclisdə də öz əksini tapdığını bildirdi. Belə ki, məclisdəkilər arasında dinindən, 

irqindən, milli mənsubiyyətindən asılı olmayaraq müxtəlif millətlərin nümayəndələri iştirak 

edirdilər. Məclisi dualarla davam etdirən  Hacı Musa, Hacı Yusif  dinimizin özəlliyindən  

danışdılar və qeyd etdilər ki, belə tədbirlərin keçirilməsi müasir gənclərin düzgün 

tərbiyəsində mühüm rol oynayır. 

Türkiyə Səfirliyinin Dini Hizmətlər müşaviri Kamil Günəş fiziki qüsurun insanların 

həyatda  layiqli yer tutmasında əngəl olmadığını vurğuladı. “Əngəllik insanın qəlbində 

olmasın, fiziki qüsur əngəl deyil”-söylədi.

Kamil Günəşin sözünə dəstək olaraq,  “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvü,  hər 

iki ayağından 1-ci qrup əlil olan Saleh Əzizli və 1-ci qrup əlil olmasına baxmayaraq 10 

kitab müəllifi olan Rasim Gəncəli doğrudan da fiziki qüsurun onların cəmiyyətdə müəyyən 

mövqeyə çatmalarına mane olmadığını söylədilər.

“Beynəxalq Əlillər Cəmiyyəti” İB-in sədr müavini, AMEA-nın  aparıcı elmi işçisi, 

elmlər doktoru Mir Müstəqil Ağayev, AZTV-nin redaktoru Zərnişan Azayeva, “Bacarıqlı 

Əllər Dünyası” İB-in sədri Azadə Məmmədova, “Autizm Defektoloji və Psixoloji Yardım 

Mərkəzi” İB-in sədri Çiçək Qəzənfərqızı, “Dirçəliş” Gənclərin Sosial-Psixoloji Reabilitasiya 

Mərkəzinin direktoru İslam Baxşəliyev məclisin belə yüksək səviyyədə təşkil olunmasında 

əziyyət çəkən İctimai Birliyin və qəzetin kollektivinə öz təşəkkürlərini bildirdilər. Başda sədr 

Tahir Xudiyev olmaqla daima əlilliyi olan insanlarla bağlı müxtəlif səpkili tədbirlər həyata 

keçirən “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in kollektivinə uğurlar arzuladılar.

Məclisdə bütün kateqoriyadan olan əlilliyi olan insanlar - Qarabağ müharibəsi əlilləri, 

anadangəlmə və digər səbəbdən əlil olmuş insanlar, şəhid ailələrinin və Milli 

Qəhrəmanların ailə üzvləri, dövlət və xarici təşkilatlar, eləcə də ictimaiyyət nümayəndələri 

iştirak edirdilər. Həmçinin İctimai Birliyin respublikanın müxtəlif rayonlarında yaşayan 

üzvlər də xüsusi olaraq bu tədbirə qatılmışdılar.

Məclisin sonunda Tahir Xudiyev söz alaraq əlilliyi olan insanlara göstərdikləri diqqət 

və qayğıya görə “Xudafərin” sarayının rəhbərliyinə və kollektivinə dərin minnətdarlığını 

Məlahət Abdullayeva, 

“Əlillər Dünyası” qəzetindən 

29.11.2015

YORUMLAR

  • 0 Yorum