Pandemiya dövründə QHT-dən AMEA-ya dəstək

Pandemiya dövründə QHT-dən AMEA-ya dəstək "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" qəzeti Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) gələn müraciətlər əsasında imtiyazlı şəxslərin

Pandemiya dövründə QHT-dən AMEA-ya dəstək
27 Mayıs 2020 - 18:19
Pandemiya dövründə QHT-dən AMEA-ya dəstək

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" qəzeti Azərbaycan Milli

Elmlər Akademiyasından (AMEA) gələn müraciətlər əsasında imtiyazlı şəxslərin

problemlərinə daima diqqətlə yanaşmış və onların müsbət həllinə çalışmışdır. Bundan

əlavə onu da qeyd edək ki, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB AMEA-nın HİHİ ilə

davamlı olaraq rəsmi qarşlıqlı əməkdaşlıq da edir, əlilliyi olan insanların problemlərini

və onların aradan qaldırılması yolları barədə təkliflərini aidiyyəti üzrə digər dövlət

təşkilatlarına olduğu kimi HİHİ-na da çatdırır.

Bu yaxınlarda AMEA-nın Azad Həmkarlar İttifaqının Sədri, professor Habil

Qurbanov "Əlillər Dünyası" qəzeti və "Beynəlxalq Əlillər Cəmiyyəti" İB-ə müraciət

edərək AMEA-nın N. Gəncəvi adına Ədəbiyyat İnstitutunun Qədim dövr Azərbaycan

Ədəbiyyat şöbəsinin operatoru Hüseynova Sənarə Usub qızının əlil arabasına təcili

ehtiyacı olduğunu bildirdi və bu işdə köməklik göstərməyi xahiş etdi. Əməkdaşlarımız

da öz növbəsində Sənarə xanıma evlərində baş çəkdilər. Füzuli rayonundan məcburi

köçkün olan Sənarə xanım onurğa sütununun boyun hissəsinin diffuz astrositoması

xəstəliyindən əziyyət çəkir, yataq xəstəsidir, kasıb, imkansız ailədir, yataqxanada

yaşayır. Hərəkət etmək üçün əlil arabasına həqiqətən də böyük ehtiyacı var. Həmin

vaxt respublikamızda karonavirusla bağlı olaraq karantin günlərinə təsadüf edirdi. Odur

ki, bu işlə bağlı çətinliklərlə üzləşdik. Belə bir vaxtda GYF-nın vitse prezidenti Salman

Əliyev köməyimizə çatdı və GYF-nın əməkdaşı İbrahim Vəkilova müraciət etməyi

tövsiyə etdi. İbrahim Vəkilovun vasitəsi ilə yeni modelli əlil arabası əldə edildi.

Əməkdaşlarımız əlil arabasını aparıb Sənarə xanıma təqdim etdilər. Çətin bir dönəmdə

köməyimizə gəldikləri üçün GYF-nın Prezidenti Ahmet Tecimə, vitse-prezidenti Salman

Əliyevə və İbrahim Vəkilova əməkdaşlarımız və Sənarə xanımın adından

təşəkkürümüzü bildiririk.

Onu da qeyd edək ki, "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" qəzeti

bundan əlavə pandemiya dövründə 1800-dən çox ailəyə ərzaq yardımı da etmişdir.

Tahir Xudiyev

"Əlillər Dünyası" qəzetindən

26.05.2020

YORUMLAR

  • 0 Yorum