Ortaq türk tarixinə işıq tutan ekspedisiya reallaşdırılıb
Ortaq türk tarixinə işıq tutan ekspedisiya reallaşdırılıb "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın canlanması" beynəlxalq tədqiqat ekspedisiyası başa çatıb.
20 Eylül 2017 - 17:13
Ortaq türk tarixinə işıq tutan ekspedisiya reallaşdırılıb
"Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın canlanması" beynəlxalq tədqiqat ekspedisiyası başa çatıb.
Avrasiya.net xəbər verir ki, Beynəlxalq Türk Akademiyasının (TWESCO) təşkilatçılığı ilə keçirilən "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" adlı III beynəlxalq ekspedisiya başa çatıb. 15 avqust tarixində Monqolustanın Kentay bölgəsindən başlayan tədqiqat səfəri 18 sentyabrda Qazaxıstanın Jezkazqan şəhərinin Ulutau qəsəbəsində yekunlaşıb.
Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Özbəkistan, Türkiyə və Başqırdıstan və Dağıstandan dövlət və ictimai xadimlər, tarixçi-arxeoloqlar və media nümayəndələrinin iştirak etdiyi ekspedisiya çərçivəsində Qazaxıstanın mərkəzi əyalətlərindəki tarixi baxımdan böyük əhəmiyyətə malik ərazilər ziyarət olunub.
Daha sonra Satpayev şəhərində məşhur geoloq Kanış Satpayevin abidəsi önünə əklil qoyulub və iştirakçılar alimin fəaliyyəti haqqında məlumatlandırılıb. Ziyarətçilər Satpayev şəhərinin tarix muzeyində bölgədə tapılan qədim türk tarixinə aid tapıntılarla tanış olublar və Ulutau qəsəbəsində Xan Ordası heykəlini ziyarət ediblər.
Konfransda Ulutau bölgəsinin tarixi əhəmiyyəti, dövlətçilik ənənəsinin davamlılığı, buradakı abidələrin Türk dünyasının ortaq mədəni mirasının öyrənilməsində oynadığı rol və Avrasiya çöl mədəniyyəti ilə bağlı aktual məsələlər barədə müzakirələr aparılıb.
Akademiya prezidenti D.Kıdırali Monqolustan tərəfi ilə əldə olunan razılaşmalar nəticəsində uğurlu layihələr həyata keçirildiyini, Şərqi Monqolustanda qədim türklərə məxsus yeni kurqan və heykəllər aşkar edildiyini bildirib. Bundan başqa, Monqolustan Milli Muzeyi ilə Hunlar və Göytürklər dövrünə aid dəyərli tapıntıların elmi nüsxələrinin köçürülməsinə dair anlaşma əldə olunub. Monqolustan Milli Muzeyinin direktor müavini Bayarsayhan Jamsranjavın isə Kültegin, Bilgə Xaqan və Tonyukuk yazıları kimi qədim türk abidələri də daxil olmaqla, qədim mənbələr əsasında əski toponimlər xəritəsinin hazırlanması barədə razılaşma əldə olunduğunu qeyd edib.
Qeyd edək ki, Türkdilli dövlətlərin Əməkdaşlıq Şurasının Naxçıvan zirvəsində yaradılan Beynəlxalq Türk Akademiyasının təşkilatçılığı ilə birinci beynəlxalq kəşfiyyat səfəri Altaylara, ikinci ekspedisiya isə Monqolustanın Şiveet-Ulan və Orxon bölgələrinə təşkil olunmuşdu. "Kentaydan Ulutauya doğru: Tarixi yaddaşın yenilənməsi" tədqiqat səfəri türk dünyasının ortaq tarixi mirasının öyrənilməsini hədəfləyən sayca üçüncü beynəlxalq ekspedisiya olub.







YORUMLAR