Əlillərə qayğı diqqət mərkəzindədir

Əlillərə qayğı diqqət mərkəzindədir "Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası" qəzetinin koronavirusa qarşı birgə fəaliyyəti Beynəlxalq Əlillər Cəmiyyəti Nizamnaməsinə uyğun olaraq bütün kateqoriyalı əlilliyi olan insanların və imtiyazlı vətəndaşların sosial və tibbi

Əlillərə qayğı diqqət mərkəzindədir
04 Nisan 2020 - 11:38
Əlillərə qayğı diqqət mərkəzindədir

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB və "Əlillər Dünyası"

qəzetinin koronavirusa qarşı birgə fəaliyyəti

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB (BƏC İB) Nizamnaməsinə uyğun olaraq bütün

kateqoriyalı əlilliyi olan insanların və imtiyazlı vətəndaşların sosial və tibbi

problemlərinin həlli ilə məşğul olur, yeri gəldikdə ictimai vəkillik edir,onlara psixoloji

yardım, hüquqi və sosial xidmətlər göstərir, mədəni istirahətlərini təşkil edir, təhsil,

müalicə almasına yardım göstərir və onların sosial-iqtisadi problemlərini ictimailəşdirir.

Bundan başqa BƏC İB sağlamlıq imkanları məhdud insanların hüquqlarının

qorunmasına və onların problemlərinə həsr edilmiş monitorinqlər aparır, müxtəlif

mövzularda dəyirmi masa və görüşlər keçirir, əlilliyi olan istedadlı insanların əl

işlərindən ibarət sərgilər təşkil edir, iməciliklər, mədəni-kütləvi tədbirlər, konsertlər və

müxtəlif layihələr həyata keçirir.

Koronavirusunla mübarizənin davam etdiyi bu günlərdə təkcə respublikamız üçün

deyil, bütün dünya üçün ağır olan bir zamanda da "Beynəlxalq Əlillər Cəmiyyəti" İB

(BƏC İB) həmişə olduğu kimi fəaliyyətini davam etdirir.

Mətbuat Şurasının üzvü olan "Əlillər Dünyası Qəzeti Redaksiyası" MMC ilə birgə

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB imtiyazlı vətəndaşlarla - bütün növ əlilliyi olan

insanlar, qaçqın və məcburi köçkünlər, şəhid və Milli qəhrəman ailələri, Qarabağ əlilləri

və veteranları ilə koronavirusla mübarizə mövzusunda maarifləndirmə işləri aparır,

lazım gəldikdə onlara psixoloji yardım göstərir, imkan daxilində ərzaq məhsulları ilə

köməklik edir. Telefon əlaqələri və onlayn şəkildə daima onların problemlərini diqqət

mərkəzində saxlayır, koronavirusla bağlı həyəcan keçirməməyi, möhtərəm

Prezidentimizin bununla bağlı verdiyi qərarlara diqqətlə əməl etməyin onlar üçün nə

qədər vacib olmasını nəzərə çatdırır.

Bundan əlavə Nizamnamənin 2.2-ci bəndinə əsasən BƏC İB dövlətin əlilliyi olan

insanlara dair hər bir sahədə çıxardığı qanunların icra olunmasına ictimai nəzarəti

həyata keçirir. Bu qanunlar sırasında koronavirusla bağlı çıxarılan qərarlar xüsusi yer

tutur. Koronavirusun bütün dünyada sürətlə yayıldığı bir zamanda dövlətin xalqa

göstərdiyi diqqət və qayğının təzahürü olan bu qanunların yerlərdə düzgün icra

olunmasına "Əlillər Dünyası" qəzeti və BƏC İB tərəfindən xüsusi nəzarət ediləcək.

Tahir Xudiyev

"Əlillər Dünyası" qəzetinin Baş redaktoru və

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in Sədri

03.04.2020

YORUMLAR

  • 0 Yorum