Koronavirus xəstəsinə psixoloji yardım göstərilib

Koronavirus xəstəsinə psixoloji yardım göstərilib
12 Mart 2022 - 21:14
Koronavirus xəstəsinə psixoloji yardım göstərilib
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB Azərbaycan Respublikasının Qeyri-
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Həssas
sosial qruplara aid vətəndaşlar üçün tibbi, hüquqi və psixoloji xidmətlərin təşkili”
adlı layihə həyata keçirir.
Layihə zamanı həssas sosial qruplara aid imtiyazlı vətəndaşların - bütün
kateqoriyadan olan əlilliyi olan şəxslər, Azərbaycanın ərazi bütövlüyü uğrunda
döyüşüb əlil olmuş şəxslər və döyüşçülər, şəhid ailələri və Milli Qəhrəman ailələri,
məcburi köçkünlər, həmçinin əlilliyi olan məhbusların və onların ailə üzvlərinin
tibbi-sosial, hüquqi, psixoloji problemləri öyrənilərək həlli istiqamətində işlər
görülür, onlarla maarifləndirmə işləri aparılır, eyni zamanda onlara psixoloji
xidmət göstərilir.
Bu gün İctimai Birliyin psixoloqu İbrahim Əsədli 2-ci qrup əlil Nizami
Əfəndiyevlə görüşmüş, ona psixoloji yardım etmişdir. Ziyalı insan olan Nizami
Əfəndiyev 2021-ci lin sonlarında koronavirus xəstəliyinə yoluxmuşdu, virus
xəstəliyindən sağalsa da bu onun sağlamlığına çox mənfi təsir edib. O, çox əsəbi
olub, yuxusuzluqdan əziyyət çəkir, psixoloji gərginlik keçirir. Psixoloq İbrahim
Əsədli ilə görüşü ona xeyli müsbət təsir etdi. İbrahim həkim Nizami Əfəndiyevə
bir neçə bitki tərkibli lazımi dərman preparatları da təyin etdi və daha gözəl nəticə
əldə etmək üçün növbəti dəfə də psixoloji seans keçməyi məsləhət gördü.
Mətbuat Xidməti
11 mart 2022-ci il

YORUMLAR

  • 0 Yorum