Keşmiş məhbusların həyata adaptasiya və reabilitasiyasına ictimai dəstək göstərilmişdir

Keşmiş məhbusların həyata adaptasiya və reabilitasiyasına ictimai dəstək göstərilmişdir “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə həyata keçirdiyi “Məhkumluqdan azad olunanların həyata adaptasiya və reabilitasiyasına ictimai dəstək” layihəsi çərçivəsində növbəti tədbiri Xaçmaz şəhərində Belə ki, bu yaxınlarda layihənin icraçıları, məhkumluqdan yeni azad olunmuş və

Keşmiş məhbusların həyata adaptasiya və reabilitasiyasına ictimai dəstək göstərilmişdir
02 Temmuz 2015 - 14:45
Keşmiş məhbusların həyata adaptasiya və 

reabilitasiyasına ictimai dəstək göstərilmişdir 

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin Azərbaycan Respublikasının 

Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə 

həyata keçirdiyi “Məhkumluqdan azad olunanların həyata adaptasiya və 

reabilitasiyasına ictimai dəstək” layihəsi çərçivəsində növbəti tədbiri Xaçmaz şəhərində 

Belə ki, bu yaxınlarda layihənin icraçıları, məhkumluqdan yeni azad olunmuş və 

Xaçmaz şəhərində  yaşayan 2 nəfər keçmiş məhbusla görüşmüş, onların sosial 

problemləri ilə maraqlanmışlar. 

Hazırda ağır xəstə olan keşmiş məhbus, 2-ci qrup Qarabağ müharibəsi əlili 

Fəxrəddin Əlifxanovun anası Püstə xanım və qardaşı Elxan onun müalicəsini 

indiyədək öz şəxsi vəsaitləri hesabına apardıqlarını, artıq ailənin maddi sıxıntı 

keçirdiyini söylədilər. Öz hüquqlarını bilmədiklərindən Qarabağ əlili kimi Fəxrəddin 

Əlifxanovun imtiyazlarından istifadə etməsi üçün heç bir dövlət təşkilatlarına müraciət 

etmədiklərini bildirdilər və bu işlərdə onlara köməklik göstərməyi xahiş etdilər. 

Digər keşmiş məhbus Kamran Mustafayevin isə ailəsində yaranmış problemlərlə 

bağlı özünə qapanmaması üçün, həyata daha çox adaptasiyasına dəstək olmaq 

məqsədilə İB-in əməkdaşları onunla mənəvi-psixoloji maarifləndirmə işləri aparmışlar. 

Söhbət zamanı Kamran Mustafayev onu əhv edərək cəzaçəkməkdən azad etdiyinə 

görə möhtərəm Prezidentimiz İlham Əliyev cənablarına öz təşəkkürünü bildirmişdir.

İB-in sədri Tahir Xudiyev həyata keçirilən bu layihənin də cəzaçəkməkdən azad 

edilmiş şəxslərin sosial adaptasiyası sahəsinə ölkə başçımızın xüsusi diqqət və 

qayğısına dəstək olduğunu vurğulamışdır. Eyni zamanda, “Vətəndaş cəmiyyəti” jurnalı 

və layihə çərçivəsində nəşr edilmiş “İmtiyazlı məhbuslar üçün qanunlar toplusu” kitabı 

da  maarifləndirmə məqsədi ilə onlara hədiyyə edilmişdir. 

Sonradan İB-in sədri Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri 

İctimai Birliyinin sədri Mehdi Mehdiyevlə telefon əlaqəsi saxlamışdır. Mehdi Mehdiyev 

Fəxrəddin Əlifxanovun həqiqətən də Qarabağ müharibəsində yaralanaraq sağ əlinin 

kəsildiyini bildirmiş, ona lazımi ictimai dəstək göstərməyi xahiş etmişdir.  

Mətbuat Xidməti 

02 iyul  2015-ci il

YORUMLAR

  • 0 Yorum