İstanbulda "Unudulmayan Xocalı" kitabının təqdimatı olacaq

İstanbulda “Unudulmayan Xocalı” kitabının təqdimatı olacaq İstanbulda Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı “Unudulmayan Xocalı” şeirlər toplusu nəşr olunub. Fevralın 28-də Kadıköydəki İSTAD dərnəyində kitabın təqdimat mərasimi keçiriləcək.

İstanbulda "Unudulmayan Xocalı" kitabının təqdimatı olacaq
27 Şubat 2016 - 14:53 - Güncelleme: 27 Şubat 2016 - 15:09
İstanbulda “Unudulmayan Xocalı” kitabının təqdimatı olacaq

İstanbulda Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı “Unudulmayan Xocalı” şeirlər toplusu nəşr olunub. Fevralın 28-də Kadıköydəki İSTAD dərnəyində kitabın təqdimat mərasimi keçiriləcək.

İstanbulda yaşayan yazar Könül Ordubadinin hazırladığı kitabda Azərbaycan və Türkiyədən olan şairlərin Xocalı soyqırımına, o cümlədən Vətən və torpağın müqəddəsliyinı həsr etdikləri şeirlərlə yanaşı böyük dramaturq Hüseyn Cavidiin, Xəlil Rza Ulutürk, Rəsul Rza, Abbas Səhhətin, çağdaş yazarlardan Zərəngiz Dəmirçinin, Adilə Nəzərin, Aybəniz Qafarlının, Yavər Həsənin, Yurtseven Şeninin, Orhan Arasinin, Metin Özerin, Gülden Taşin, şeirləri yer alıb.

Jurnalist Elnur Eltürkün redaktorluğu ilə təqdim olunan kitabda ümumilikdə 106 müəllifin şeirləri yerləşdirilib. Kitabda Türkiyədə fəaliyyət göstərən “Araz yayınları” Nəşriyyatı tərəfindən çap edilib.

YORUMLAR

  • 0 Yorum