İnkluziv cəmiyyətə doğru
İnkluziv cəmiyyətə doğru Məlum olduğu kimi, respublikamızda fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, onların sosial təminatı, həmçinin inkluziv təhsilləri ilə əlaqədar önəmli işlər görülməkdədir. Fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar- İqtisadi Universitetinin (MDHİU) birgə təşkilatçılığı ilə “Rusiya-Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru” mövzus
11 Şubat 2016 - 13:20
İnkluziv cəmiyyətə doğru
Məlum olduğu kimi, respublikamızda fiziki imkanları məhdud insanların cəmiyyətə
inteqrasiyası, onların sosial təminatı, həmçinin inkluziv təhsilləri ilə əlaqədar önəmli
işlər görülməkdədir.
Fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi
Kitabxanasında AMEA-nın İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar-
İqtisadi Universitetinin (MDHİU) birgə təşkilatçılığı ilə “Rusiya-Azərbaycan: əlverişli
mühitdən inkluziv cəmiyyətə doğru” mövzusunda keçirilmiş Dəyirmi Masa da məhz bu
mövzuya həsr edilmişdir.
Tədbiri giriş sözü ilə açan AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru,
hüquq üzrə elmlər doktoru, millət vəkili Aytən Mustafayeva fiziki imkanları məhdud
şəxslərin təhsilə inteqrasiyasının problem və perspektivlərindən, bu istiqmətdə
görülməli olan işlərdən danışmışdır.
Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin rektoru, professor Vaqif
Bayramov Universitetdə təhsil alan sağlamlıq imkanları məhdud olan tələbələrin
inkluziv təhsilindən və onlar üçün Universitetdə yaradılan xüsusi şəraitdən danışmış,
univesitet barədə çəkilmiş filmi təqdim etmişdir.
Mövzu ətrafında çıxış edənlər- Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin
Uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti departamentinin inkişaf və
sosiallaşdırma problemləri olan uşaqların təhsili şöbəsinin rəisi Larisa Falkovskaya,
fəlsəfə elmləri namizədi, MDHİU-nun elmi-tədqiqat laboratoriyasının müdiri Dmitri
Rayduqin, fəlsəfə elmləri doktoru, MDHİU-nun Tarix və fəlsəfə kafedrasının professoru
Anatoli Gerasimov, tarix elmləri doktoru, professor Svetlana Qaliullina, Azərbaycan
Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Əmək və
Sosial Problemləri üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov,
Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi Anar Xələfov, Beynəlxalq Paralimpiya
Komitəsinin prezidenti Filip Kreyven, Azərbaycan Milli Paralimpiya Komitəsinin şöbə
müdiri Kamal Məmmədov, Arabaçı TV internet televiziyasının təsisçisi İlham
Məhərrəmov fiziki imkanları məhdud insanların xüsusi təhsili sahəsindəki
təcrübələrindən, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almaları üçün lazımi
şəraitin yaradılmasından, eləcə də onların icbari məktəbəqədər təhsilə cəlb
olunmasının vacibliyindən danışmış, bu barədə fikir mübadiləsi aparmışlar.
Tədbirdə iştirak edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri və
“Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev AMEA-nın İnsan Hüquqları
İnstitutu ilə qarşılıqlı əməkdaşlıqdan, rəhbərlik etdiyi hər iki təşkilatın fəaliyyətinin
tolerantlığa əsaslandığından, bütün kateqoriyalı əlillərə, eləcə də Qarabağda və
soyqırıma məruz qalmış Xocalıda əlil olmuş şəxslərə, eyni zamanda əlilliyi olan
məhbuslara və onların ailə üzvlərinə göstərdikləri tibbi, sosial və mənəvi dəstəkdən,
lazım gəldikdə ictimai vəkillik edildiyindən, həyata keçirdikləri mədəni-kütləvi
tədbirlərdən, sağlamlıq imkanları məhdud uşaqların fərdi və inkluziv təhsili sahəsində
gördükləri işlərdən danışmış, bu istiqamətdə aparılan monitorinqlər zamanı ortaya
çıxan problemlərin həllinin vacibliyini qeyd etmişdir.
Tahir Xudiyev bildirmişdir ki, cəmiyyət tərəfindən diqqət və qayğını görən əlilliyi
olan insanlarda oxumaq və işləmək həvəsi yaranır, həyata və cəmiyyətə daxili maraq
oyanır, gələcəyə ümidlə baxırlar. Təhsillə birbaşa əlaqədar olan bütün bunlar əlilliyi
olan insanların cəmiyyətə inteqrasiyasına səbəb olur.
Tahir Xudiyev İctimai Birliyin üzvü, 2-ci qrup əlil, hazırda Moskva Dövlət
Humanitar-İqtisadi Universitetində təhsil alan Ümid Cümşüdovu iştirakçılara təqdim
etmiş və Ümidin əl işi Universitetin rektoru Vaqif Bayramova təqdim edilmişdir.
Sonda İnsan Hüquqları İnstitutu və MDHİU arasında qarşılıqlı əməkdaşlığa dair
müqavilə də imzalanmışdır.
“Dəyirmi Masa”dan sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev
Rusiyadan gələn qonaqları qəbul etmişdir. Akademik qeyd etmişdir ki, fiziki imkanları
məhdud şəxslərin təhsilə inteqrasiyasının problem və perspektivləri sahəsində
beynəlxalq təcrübənin öyrənilməsində ölkəmiz üçün bu tədbirin əhəmiyyəti böyükdür
və bu ölkəmizdə fiziki imkanları məhdud olan şəxslərin hüquqlarının və onların həyat
şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətinə öz töhfəsini
verəcəkdir. MDHİU-nun rektoru, sosiologiya elmləri doktoru, professor Vaqif Bayramov
səmimi qəbula görə AMEA-nın vitse-prezidentinə öz minnətdarlığını bildirdi. Vaqif
Bayramov qeyd etdi ki, tədbir çərçivəsində Azərbaycanın fiziki imkanları məhdud olan
insanların cəmiyyətə inteqrasiyası, onların sosial vəziyyətinin yaxşılaşdırılması, eləcə
də inklüziv təhsilin inkişafı ilə əlaqədar gördüyü işlərlə tanış olublar və bu sahədə geniş
əməkdaşlıq əlaqələri quraraq birgə layihələr həyata keçirməkdə maraqlıdırlar.
Akademik İbrahim Quliyevlə görüşdə AMEA İnsan Hüquqları İnstitutunun
direktoru, hüquq elmləri doktoru Aytən Mustafayeva və AMEA Rəyasət Heyəti
aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar
Fərzəliyev, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri və “Əlillər Dünyası” qəzetinin Baş
redaktoru Tahir Xudiyev də iştirak edirdilər.
10 fevral 2016-cı il
“Əlillər Dünyası” qəzetindən

YORUMLAR