Dünya təbii fəlakətdən sığortalanmayıb

Dünya təbii fəlakətdən sığortalanmayıb
10 Şubat 2023 - 12:34
Dünya təbii fəlakətdən sığortalanmayıb

Təbii fəlakətlərdən heç bir dövlət, heç bir xalq sığortalanmayıb.
Tahir Xudiyev hündürmərtəbəli yeni binaların keyfiyyətsiz tikilməsi barədə
hələ 7 il bundan öncə rəhbərlik etdiyi “Beynəlxalq Əlillər Cəmiyyəti” İB və “Əlillər
Dünyası” qəzeti adından aidiyyəti dövlət qurumlarına müraciət etdiyini bildirir:
- Hündürmərtəbəli binaların tikintisi səriştəsiz qeyri-peşəkarlara həvalə
olunur, şəxsi məqsədləri naminə daha çox qazanc əldə etmək üçün, xalqın,
əhalinin təhlükəsizliyini nəzərə almadan ucuz, aşağı keyfiyyətli tikinti
materiallarından, müasir standarta cavab verməyən, zəlzələlərə davamsız binalar
tikilir. Bu böyük problemlərə diqqəti cəlb etmək üçün biz 7 il əvvəldən Bakı Şəhər
İcra Hakimiyyətinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər
Memarlıq və Şəhərsalma Baş İdarəsinə, Fövqəladə Hallar Nazirliyinə, Respublika
Baş Prokurorluğuna, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciətlər
etmişdik. Bax bu günü öncədən gördüyümüz üçün müraciət etmişdik. Bizə
başdangetdi cavablar verilirdi. Çox təəssüf ki, heç bir tədbir görülmədi və hələ də
görülmür. Keyfiyyətsiz hündürmərtəbəli binalar iç-içə, bir-birinə yaxın məsafədə
tikilməkdə davam edir. Möhtərəm Prezidentimizin tövsiyyəsi ilə 10-12 mərtəbəli
binaların tikilməsi əvəzinə, çox təəssüf ki, 19-20 mərtəbəli binalar yağışdan sonra
göbələk kimi tikilməkdə davam edir. Heç olmasa bundan sonra binaların
keyfiyyətli, zəlzələlərə davamlı, müasir standartlara cavab verən, yüksək
keyfiyyətli materiallardan, 10 mərtəbədən artıq olmadan tikilməsi üçün
Azərbaycanda tərkibi xarici ölkələrdən dəvət olunan yüksək ixtisaslı, təcrübəli
kardlardan ibarət müstəqil komissiya yaradılsın.
Qardaş Türkiyə dövlətində baş verən çoxsaylı tələfata, insanların evsiz-
eşiksiz qalmasına səbəb olan, bütün dünyanı kədərə qərq edən dəhşətli zəlzələ
hər yerdə baş verə bilər, heç bir dövlət, xalq təbii fəlakətlərdən sığortalanmayıb.
Təbii fəakətdən çox insanları keyfiyyətsiz tikilmiş binalar öldürür.
Məlahət Abdullayeva
"Əlillər Dünyası" qəzetindən
09.02.2023

YORUMLAR

  • 0 Yorum