Demokratiyanın zəfəri

Demokratiyanın zəfəri Dünən 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin 3 illiyinə həsr olunmuş anım tədbiri keçirildi. Türkiyənin Azərbaycandakı

Demokratiyanın zəfəri
16 Temmuz 2019 - 15:10
Demokratiyanın zəfəri

Dünən 2016-cı il iyulun 15-də Türkiyədə baş vermiş dövlət çevrilişinə cəhdin 3

illiyinə həsr olunmuş anım tədbiri keçirildi. Türkiyənin Azərbaycandakı səfiri Erkan

Özaral bildirdi ki, 15 iyul hadisəsi türk xalqının dövlətçiliyə və demokratiyaya sadiqliyini

bütün dünyaya nümayiş etdirdi.

Tədbirdə çıxış edən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər

şöbəsinin əməkdaşı Bəhruz Həsənov Türkiyədə 15 iyul hadisəsini qəhrəmanlıq tarixi

adlandırdı.

Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri,  Milli

Məclis in Səhiyyə Komitəsinin sədri, akademik  Əhliman Əmiraslanov və digər çıxışçılar

da xalqın iradəsinin qələbəsindən danışdılar. Terrordan əziyyət çəkən bir dövlət kimi

ölkəmizin terrora qarşı olmasından, yalnız 15 iyulda deyil, daima Azərbaycanın

Türkiyənin mövqelərini müdafiə etdiyindən danışdılar.

Tədbirdə bütün dövlət qurumlarının nümayəndələri, eləcə də "Beynəlxalq Əlillər

Cəmiyyəti"nın sədri və "Əlillər Dünyası" qəzetinin Baş Redaktoru Tahir Xudiyev,

Mədəniyyət Nazirliyinin əməkdaşı Leyla Babazadə, Ədliyyə Nazirliyinin Beynəlxalq

Əlaqələr Şöbəsinin əməkdaşı, digər KİV-lər və QHT rəhbərləri də iştirak edirdilər.

Onu da qeyd edək ki, 2016-cı il 15 iyul hadisəsi zamanı "Beynəlxalq Əlillər

Cəmiyyəti" və "Əlillər Dünyası" qəzetinin kollektivi də dərhal Türkiyə səfirliyi vasitəsi ilə

qardaş türkiyə dövlətinə və xalqına mənəvi dəstək olaraq onlarla həmrəy olduqlarını

bəyan etdilər.

Mətbuat Xidmətindən

16.07.2019

YORUMLAR

  • 0 Yorum