Cabir Novruz anıldı

Cabir Novruz anıldı “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti növbəti dəfə əlilliyi olan və imkansız üzvlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün

Cabir Novruz anıldı
02 Mart 2016 - 16:11
Cabir Novruz anıldı

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi və “Əlillər Dünyası” qəzeti növbəti 

dəfə əlilliyi olan və imkansız üzvlərinin asudə vaxtlarını səmərəli keçirmələri üçün 

tədbir keçirmişdir. Belə ki, İB-in 300 nəfərdən çox üzvləri  29 fevral tarixində Heydər 

Əliyev Sarayında təşkil olunmuş Azərbaycanın Xalq şairi Cabir Novruzun yaradıcılıq 

gecəsinə dəvət olunmuşdular. Tədbirdə unudulmaz şairin müxtəlif illərdə yazdığı 

şeirləri və onun sözlərinə bəstələnmiş mahnılar respublikanın tanınmış müğənniləri-

İlqar Muradov, Gülyanaq Məmmədova, Mətanət İsgəndərli, Mübariz Tağıyev və s. 

ifasında səslənmişdir. 

Yüksək səviyyədə təşkil olunmuş tədbir iştirakçılar tərəfindən çox isti 

qarşılanmış, iştirakçılarda xoş təəssürat yaratmışdır. Əsasən də Cabir Novruzun öz 

ifasında səsləndirilən “Sağlığında qiymət verin insanlara” şeri bütün zalı təsirləndirmiş 

və tədbir gurultulu alqışlarla yekunlaşmışdır. 

https://youtu.be/-LCNE1J5O2E

“Əlillər Dünyası” qəzetindən,

01 mart 2016-cı il

YORUMLAR

  • 0 Yorum