"Bir taleli iki insan" filminin təqdimatı

"Bir taleli iki insan" filminin təqdimatı
02 Eylül 2023 - 10:41
“Bir taleli iki insan” filminin təqdimatı

Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aztəminatlı Əlil, Şəhid
və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi “Bir taleli iki insan” adlı
layihə icra edir. Layihə zamanı Vətənimizin azadlığı uğrunda canlarından keçən şəhid
əkiz qardaşlar - Nazir və Tacir Allahverdiyevlərin adlarının yaşamasına, xatirəsinin
əbədiləşdirilməsinə həsr olunmuş “Bir taleli iki insan” adlı sənədli film çəkilib.
29 avqust 2023-cü il tarixdə Ağdam Muğam Mərkəzində Rayon İcra
Hakimiyyətinin dəstəyi ilə “Aztəminatlı, Əlil, Şəhid və Müharibə Veteranları ailələrinə
kömək” İctimai Birliyinin təşkilatçılığı və Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi
Agentliyinin maliyyə yardımı ilə çəkilmiş Vətən Müharibəsi şəhidləri Nazir və Tacir
Allahverdiyev qardaşlarına həsr olunmuş “Bir taleli iki insan” filminin təqdimat
mərasimi keçirilib.
Tədbirdə şəhidlərin ailə üzvləri, Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif
Həsənov, aparatın əməkdaşları, YAP Ağdam rayon təşkilatının sədri Mansur Quliyev,
ədliyyə general-mayoru Hüseyn Əlixanov, Müdafiə Nazirliyinin əməkdaşları, şəhid
ailələri, qazilər, QHT-lərin və rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Mərasim Dövlət Himninin səsləndirilməsi ilə başlamış, ölkəmizin ərazi bütövlüyü
və suverenliyi uğrunda şəhid olmuş Vətən övladlarının və Ulu öndər Heydər Əliyevin
əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənov açaraq
iştirakçıları salamlamış, Nazir və Tacir Allahverdiyev qardaşlarının keçdiyi şərəfli döyüş
yolundan, şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından bəhs etmişdir.
Tədbirdə iştirak edən Ədliyyə general-mayoru Hüseyn Əlixanov, Müdafiə
Nazirliyi Şəhid Ailələri və Qadınlarla iş üzrə Şöbənin müdiri Zümrüd Səmədova, Tibb
elməri doktoru Aynur Qəhrəmanova, AzTV-nin redaktoru, “Turan Türk Xalqlarının
Mədəniyyətinin İnkişafına Dəstək” İB-in sədri, əməkdar jurnalist Zərnişan Azayeva,
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev, “Azərbaycan Joriyo Kung Fu
Federasiyası”nın rəhbəri Davud Mahmudzadə, BƏC İB-in Qarabağ Regionu üzrə
Nümayəndəliyinin rəhbəri, Qarabağ müharibəsi veteranı Həsənağa Bayramov Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Ermənistan işğalı altında olan ərazilərimizin
azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan və
cəmi 44 gün davam edərək Zəfərlə başa çatan Vətən müharibəsində Azərbaycan
oğullarının göstərdiyi qəhrəmanlıqdan danışdılar, bütün dünyanın onların hünərinə
heyranlığından söhbət açdılar.
Çıxışlardan sonra “Bir taleli iki insan” adlı film nümayiş etdirildi.
Qəhrəman şəhidlərin anası Maylə Allahverdiyeva çıxış edərək filmin ərsəyə
gəlməsində əməyi olanlara və tədbirin təşkilatçılarına minnətdarlığını bildirdi.

Layihə rəhbəri Məlahət Abdullayeva öz çıxışında Vətənimizin azadlığı uğrunda
canlarından keçən şəhidlərimizin tanıdılmasının, xatirələrinin əbədiləşdirilməsinin hər
birimizin borcu olmasını və onların tanıdılmasına yaradılan şərait üçün dövlətimizə,
Agentliyə, tədbirin yüksək səviyydə təşkilində göstərdiyi böyük dəstəyə görə Ağdam
Rayonu İcra Başçısı Vaqif Həsənova və bütün əməkdaşlarına təşəkkürünü bildirdi.
Qeyd edək ki, 20 aprel 2001-ci ildə Ağdamın Çullu kəndində doğulan əkiz
qardaşlar bir yerdə böyüyüb, orta məktəbi bir oxuyub, hərbi xidmətə bir yollanıb, Vətən
müharibəsində iştirak edərək cəbhənin Füzuli və Xocavənd istiqamətində çiyin-çiyinə
vuruşaraq 2020-ci ilin 24 oktyabrında şəhidlik zirvəsinə ucalıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən
şəhid Nazir və Tacir Allahverdiyevlər ölümlərindən sonra 3-cü dərəcəli “Vətənə xidmətə
görə” ordeni, "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif
ediliblər.
Məlahət Abdullayeva
Layihə rəhbəri
29.08.2023

YORUMLAR

  • 0 Yorum