Beynəlxalq Əlillər Cəmiyyəti

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB Şuranın dəstəyi ilə layihəni davam etdirir ;Beynəlxalq Əlillər Cəmiyyəti İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT- lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və sağlamlıq im

Beynəlxalq Əlillər Cəmiyyəti
06 Haziran 2018 - 09:25
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB Şuranın

dəstəyi ilə layihəni davam etdirir

"Beynəlxalq Əlillər Cəmiyyəti" İB Azərbaycan Respublikasının Prezidenti yanında QHT-

lərə Dövlət Dəstəyi Şurasının yardımı ilə "Qaçqın, məcburi köçkün, müharibə veteranları, əlil və

sağlamlıq imkanları məhdud olan şəxslərin, məhbusların və ailə üzvlərinin problemlərinin həllinə

dəstək" adlı layihə həyata keçirir. Layihə ərzində həmin kateqoriyalı insanların problemlərinin

həlli istiqamətində işlər görüləcək.

Layihənin gedişi zamanı İctimai Birliyə bir çox müraciətlər olmuşdur.

Məcburi köçkün, Qarabağ müharibəsi əlili, ehtiyatda olan zabit Nazir Hüseynov layihənin

işçi qrupu ilə görüşərək problemlərini bölüşmüşdür. O, Qarabağ müharibəsi əlili və məcburi

köçkün kimi imtiyazları üçün aidiyyəti dövlət təşkilatlarına müraciət etsə də indiyədək heç bir

müsbət nəticə əldə olunmadığını bildirmiş, mənzil və avtomobillə təmin olunması işində ona

köməklik gəstərməyi İctimai Birlikdən xahiş etmişdir.

Qeyd edək ki, İctimai Birliyin əməkdaşları süründürməşçiliklə rastlaşsalar da, çox

çətinliklə olsa da ictimai vəkillik edərək nəhayət ki, Nazir Hüseynovun əlilliyinin 3-cü qrupdan

2-ci qrupa keçirilməsinə və onun maşın növbəsinə götürülməsinə nail oldular. Sonradan Nazir

Hüseynov İctimai Birliyə yenidən müraciət edərək illər keçməsinə baxmayaraq, maşın

növbəsində heç bir irəliləyiş olmamasından şikayət etdi. İB əməkdaşları tərəfindən aparılan

araşdırmalarda məlum oldu ki, N.Hüseynovdan əvvəl növbədə olanlara maşın verilsə də

həqiqətən də onun maşın növbəsində heç bir irəliləyiş yoxdur.

Qarabağ əlili, ehtiyatda olan zabit Nazir Hüseynovun həqiqətən də haqlı şikayətinin biz də

canlı şahidiyik. Sabiq nazir Səlim Müslümovun dövründə əlilliyi olan insanlara qarşı edilən

qanun pozuntuları, haqsızlıq, ədalətsizlik, süründürməçilikdən çox vətəndaşlar əziyyət çəkirdi.

Hamıya məlumdur ki, sosial sahə dövlətin ən incə sahələrindən biridir. Lakin ƏƏSMN-nin

rayon şöbələrinə təyin olunmuş kadrlar əhalinin həssas təbəqəsi olan əlillərə qarşı daha mülayim,

qayğıkeş və anlayışlı olmaq əvəzinə onlarla şəxsiyyətinə toxunacaq tərzdə rəftar edirdilər.

Penitensiar Xidmətin Cəzaçəkmə Müəssisələrindəki xəstə və əlilliyi olan məhbusların əlilliyinin

təyin edilməməsi, TSEK-lərin CÇM-lara getməməsi, məhbus əlillərin və digər əlilliyi olan

insanların pensiyalarının aylarla gecikdirilməsi, protezlərin əlillərə çatdırılmasında əngəllərin

törədilməsi, istehsalatda əlillik almış şəxslərin, Qarabağ əlillərinin arasında ögey-doğmalıq

salınması kimi problemlər mövcud idi. Bu problemlərin aradan qaldırılması işində "Beynəlxalq

Əlillər Cəmiyyəti" İB ƏƏSMN-nə dəfələrlə yazılı və şifahi müraciətlər etsə də Nazirlik

tərəfindən heç bir müsbət cavab alınmamışdır. Qarabağ əlilləri və digər kateqoriyadan olan

əlilliyi olan vətəndaşlar İB-yə kütləvi surətdə müraciət edərək bildirirdilər ki, TSEK

süründürməçilik edir, Səhiyyə Nazirliyi tərəfindən sənədlərin düzgün doldurulmamasını bəhanə

edərək geri qaytarırlar. İctimai Birlik tərəfindən aparılan araşdırmalar nəticəsində bəlli olurdu ki,

sənədlər peşəkar həkimlər tərəfindən düzgün doldurulur. TSEK-lərin bu qərəzli yanaşması isə

dövlətlə xalq arasında haqlı narazılıq yaradırdı.

İctimai Birlik bununla bağlı mütəmadi olaraq mətbuat səhifələrində çıxışlar etmiş və bu

problemlərin həlli üçün möhtərəm Prezident İlham Əliyev cənablarına, Heydər Əliyev Fondunun

prezidenti Mehriban xanım Əliyevaya, Milli Məclisə müraciətlər etmiş, əlilliyi olan insanların

mövcud problemlərinin həlli istiqamətində təkliflər irəli sürmüşdür. İrəli sürdüyümüz təkliflər

müsbət dəyərləndirilmiş, Milli Məclisin Plenar iclaslarında müzakirə olunmuşdur. İctimai Birlik

əlilliyi olan insanların problemləri ilə bağlı monitorinqləri davam etdirir və bu problemlərin həlli

istiqmətində aidiyyəti dövlət təşkilatlarına təkliflər irəli sürür.

Əldə etdiyimiz müsbət nəticələrlə olan narazılıqların müəyyən qədər aradan qaldırılması

dövlətimizin və prezidentin siyası kursuna dəstək hesab edilə bilər. Bu işləri görmək İctimai

Birliyə asan başa gəlməyib, ƏƏSMN-nin sabiq rəhbərliyi tərəfindən daima ögey münasibət

görmüşük. Bu da açıq-aşkar ictimiayyət tərəfindən gözdən qaçmırdı...

Bundan başqa Bakı şəhəri Nərimanov rayonunda yaşayan, Qərbi Azərbaycanın Göyçə

mahalından məcburi köçkün düşmüş Nəsibov Tariel İsgəndər oğlu "Beynəlxalq Əlillər

Cəmiyyəti"nə müraciət etmişdir. 9 nəfərdən ibarət bu ailənin 3 üzvü əlildir - Tariyel özü 2-ci

qrup əlil, qızının 2 övladı isə əlil arabasında 1-ci qrup əlildir, qardaşı Nəsibov Allahyar İsgəndər

oğlu 20 yanvar şəhididir. Tariyel Nəsibov yazır ki, Nərimanov rayonu İcra Hakimiyyətinin

İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov və “Araz-2011 A” MMC

rəhbərliyi şəhərdə gedən yenidənqurma işləri ilə əlaqədar yaşadıqları binanın sökülərək yerində

yeni binanın tikiləcəyini və həmin binada yaşadıqları mənzillərin sahəsinə uyğun olaraq sakinlərə

yeni mənzillər veriləcəyini bildirmişlər. Onlar, həmçinin tikintinin 18-20 ay davam edəcəyini və

yalnız həmin müddət üçün sakinlərə başqa yerlərdə qalmağa görə kirayə haqqı ödəniləcəyini

qeyd etmişlər. Tariyel Nəsibov bu təkliflə razılaşmayaraq 2 nəfər əlil arabasında olan uşaqla,

eyni zamanda ailə üzvlərinin sayı çox olduğundan kirayədə yaşamaq onlar üçün çox çətin

olacağını bildirmiş və yaşadıqları mənzilin əvəzində onlara düşən yaşayış sahəsinə uyğun olaraq

şirkətə məxsus əvvəlcədən tikilmiş binadan və ya digər binadan hazır mənzilin verilməsini xahiş

etmişdir. Lakin, “Araz-2011 A” MMC rəhbərliyi bu təkliflə razılaşmamış, yalnız tikinti başa

çatdıqdan sonra mənzilin verilməsinin mümkün olduğunu bildirmişdir.

Tariyelin özünün əlilliyi ilə bağlı səhhətinin ağırlığını və əlil arabasında olan 2 nəvəsinin

kirayədən-kirayəyə aparmağın necə agır olacagını təsəvvür etmək çətin deyil. Odur ki,

"Beynəlxalq Əlillər Cəmiyyəti" Nəsibovlar ailəsinin mənzil probleminin həlli üçün aidiyyəti

dövlət təşkilatlarına müraciət edərək tezliklə onların daimi yeni yaşayış sahəsi ilə təmin

olunmasına nail oldu.

"Beynəlxalq Əlillər Cəmiyyəti"nə müraciıt edən ömürünün 40 ilini pedaqoji fəaliyyətə

həsr etmiş 90 yaşlı Əsədova Bikə Oruc qızının oğlu Ağdam rayonu özünümüdafiə batalyonunun

əsgəri olmuş Yalçın Əsədov məlum Xocalı faciəsi zamanı ermənilər tərəfindən əsir götürülmüş

və başı kəsilmişdir. Bikə xanım hazırda Bakı şəhərində qızı ilə birgə kirayədə yaşayır.

İctimai Birliyin əməkdaşları Bikə Əsədovanın evində olmuş, problemləri, mənzil şəraiti ilə

yerindəcə maraqlanmışlar. Bundan sonra şəhid anasının problemlərinin həlli üçün İctimai Birlik

tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət edilmişdir. Yeni təyin

olunmuş nazir Sahil Babayev qısa zaman ərzində İB-in sədri Tahir Xudiyevi və şəhid anası Bikə

Əsədovanı qəbul edərək problemlərini dinləmiş və qanun çərçivəsində lazımi köməklik

göstəriləcəyini bildirmişdir.

Gənc nazirin qısa bir zamanda gördüyü işlər vətəndaşları ruhlandırır və əlilliyi olan

insanların problemlərinin həll olunacağına ümid verir. Biz də bu yolda ona uğurlar arzulayırıq.

Məlahət Abdullayeva

YORUMLAR

  • 0 Yorum