"Beynəlxalq Əlillər Cəmiyyəti" "

AMEA-nın İnsan Hüquqları İnstitutu və “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi arasında Saziş imzalandı “Beynəlxalq Əl

"Beynəlxalq Əlillər Cəmiyyəti" "
28 Şubat 2015 - 16:19
 

AMEA-nın İnsan Hüquqları İnstitutu və “Beynəlxalq Əlillər Cəmiyyəti” 

İctimai Birliyi arasında Saziş imzalandı

“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi Təhsil Nazirliyinin dəstəyi ilə “Əlil uşaqların 

xüsusi məktəb və siniflərdə, evdə fərdi təhsilinin keyfiyyətinə ictimai nəzarət” adlı layihə 

həyata keçirir. Layihə Bakının Nizami rayonu və respublikamızın Lerik rayonunda icra 

Layihə çərçivəsində “Əlilliyi olan uşaqların inkluziv və fərdi təhsili haqqında 

qanunvericilik sənədlər toplusu” adlı kitab nəşr edilmişdir. 

 27.02.2015-ci il tarixində İctimai Birlik AMEA-nın İnsan Hüquqları İnstitutu ilə birgə 

həmin kitabın təqdimatına həsr edilmiş Mətbuta Konfransı keçirmişdir. 

Tədbiri giriş sözü ilə İnsan Hüquqları İnstitutunun ümumi işlər üzrə direktor müavini, 

filologiya elmləri doktoru Lalə Əhmədova açdı.

İctimai Birliyin sədri Tahir Xudiyev öz çıxışında bildirdi ki, hər bir ölkənin təhsilinin 

səviyyəsi onun inkişafına təsir edən vasitələrdən biridir. Müasir Azərbaycanda da 

təhsilin inkişafı daima diqqət mərkəzindədəir. Məhz buna görədir ki, təhsildə bir çox 

nəzərə çarpacaq irəliləyişlər mövcuddur. 

Təqdimat mərasimində Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli 

bildirdi ki, Azərbaycanda 530 min əlil şəxs var ki, onlardan 63 mini məhz uşaqlardır.

Komitə sədri qeyd etdi ki, cəmiyyətin uğuru əlilliyi olan insanların qayğı ilə əhatə 

olunması, onlara cəmiyyətdə hər bir şərait yaradılmasından ibarət olmalıdır. 

Bu gün ölkədə sosial xidmət haqqında qanun qəbul edilib, dövlət vəsaiti qeyri-

hökumət təşkilatlarına qrant şəklində verilir və nəticədə onlar tərəfindən əlillərə 

xidmətlər göstərilir.

Ombudsman Aparatının protokol sektorunun müdiri Yeganə Cəfərova “Beynəlxalq 

Əlillər Cəmiyyəti” İctimai Birliyinin əlillərin problemlərinin həlli istiqamətində bir çox 

müsbət işlər gördüyünü və bu kitabın İctimai Birlik tərəfindən nəşr edilən 5-ci kitab 

olduğunu qeyd etdi. 

Mövzu ətrafında çıxış edən İctimai Birliyin sədr müavini, “Əlillər Dünyası” qəzetinin 

redaktoru, AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə elmləri 

doktoru, “Qabaqcıl Maarif Xadimi” Mir Müstəqil Ağayev, Pedaqogika üzrə fəlsəfə 

elmləri doktoru, professor, Əməkdar müəllim, Azərbaycan Məllimlər İnstitutunun 

kafedra müdiri Mircəfər Həsənov, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in Tibb Xidməti 

Mərkəzinin rəhbəri, Kardiologiya İnstitutunun baş həkimi, professor Əhməd Babayev, 

Ombudsmanın əlilliyi olan şəxslərin hüquqları üzrə müşaviri Müqalib Mahmudov, 

Azərbaycan Qadınlar Cəmiyyətinin sədri Svetlana Zeynalova, Təhsil Nazirliyinin 

nümayəndəsi İradə Qaraxanova, İctimai Birliyin İdarə Heyətinin üzvü Nazir Hüseynov 

əlilliyi olan uşaqların təhsili ilə birbaşa məşğul olanların, valideynlərin və ümumilikdə 

bütün insanların maarifləndirilməsi üçün bu kitabın vacibliyini qeyd etdilər. 

Tədbirdə iştirak edən Milli Məclis Aparatının sektor müdiri Adil Vəliyev, İnsan 

Hüquqları İnstitutunun şöbə müdiri, professor Rövşən Vəlizadə, AMEA-nın əməkdaşı 

Aidə Bəndəliyeva, “Bacarıqlı əllər“ İctimai Birliyinin sədri Azadə Məmmədova, İctimai 

Birliyin üzvü Sarvan Əmrahov əlillərin problemlərindən və onun həlli yollarından 

danışaraq bu kitabın sağlamlıq imkanları məhdud olan uşaqların təhsili sahəsində 

hüquqlarının qorunmasında vacib rol oynayacağını bildirdilər.

Millət vəkili Fazil Mustafa maarifləndirmə məqsədilə nəşr edilmiş “Əlilliyi olan uşaqların 

inkluziv və fərdi təhsili haqqında qanunvericilik sənədlər toplusu” adlı kitabın vacibliyini 

vurğulayaraq onun daha böyük tirajla nəşr etdirilməsini tövsiyə etdi.

Sonda Tahir Xudiyev kitabın təqdimatında yaratdığı şəraitə görə İnstitutunun 

direktoru, hüquq elmləri doktoru, Milli Məclisin deputatı Aytən Mustafayevaya öz 

təşəkkürünü bildirmişdir.

Bildirmək istəyirik ki, “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin əməkdaşları bu 

yaxınlarda Almaniyada olarkən adıçəkilən kitab barədə orada da məlumat vermiş, 

orada yaşayan həmyerlilərimizə hədiyyə etmişlər. 

Qeyd edək ki, həmin gün AMEA-nın İnsan Hüquqları İnstitutu və “Beynəlxalq Əlillər 

Cəmiyyəti” İctimai Birliyi arasında əməkdaşlıq haqqında Saziş də imzalandı. 

27 fevral 2015-ci il

“Əlillər Dünyası” qəzetindən

YORUMLAR

  • 0 Yorum