"Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin hesabat tədbiri keçirilib
!["Beynəlxalq Əlillər Cəmiyyəti" İctimai Birliyinin hesabat tədbiri keçirilib](https://www.igdirim76.com/images/haberler/2024/04/beyn-lxalq-lill-r-c-miyy-ti-ictimai-birliyinin-hesabat-t-dbiri-kecirilib.jpeg)
20 Nisan 2024 - 17:57
“Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin hesabat tədbiri keçirilib
Aprel ayının 19-da “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin
ümümrespublika üzrə hesabat tədbiri keçirilib. YAP-ın Nizami Rayon Təşkilatının
binasında keçirilən tədbir zamanı toplantı iştirakçıları əvvəlcə Ümummilli Lider Heydər
Əliyevin büstünü ziyarət edib, önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad
etdilər.
Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayan tədbirdə
Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin ərazi bütövlüyü və suverenliyi uğrunda
müharibədə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Hesabat məruzəsi ilə çıxış edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi İdarə
Heyətinin sədri Tahir Xudiyev 2008-ci ildən təsis olunan birliyin fəaliyyəti, həyata
keçirdiyi layihələr barədə ətraflı məlumat verdi. O, əhalinin həssas təbəqəsinin sosial
müdafiəsi, tibbi, psixoloji problemlərinin həlli və hüquqlarının müdafiəsi istiqamətində
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in 16 ildə gördüyü işlərin dövlətimizin və möhtərəm
Prezidentimizin sosial sahədə gördüyü işlərə ictimai dəstək olduğunu vurğuladı.
Çıxış edən Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil
Vəlibəyov, Dövlət Gömrük Komitəsi Gömrük Siyasəti Baş İdarəsinin Metodologiya
idarəsinin rəisi Rövşən Namazov, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə
Dövlət Komitəsinin Bakı şəhəri Qaradağ rayonu üzrə sektorunun müdiri Cəsarət
Qəhrəmanov, Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədli, “Beynəlxalq
Əlillər Cəmiyyəti” İctimai Birliyi İdarə Heyətinin üzvləri Hüseynağa Əlixanov, Həsənağa
Bayramov və başqaları təşkilatın fəaliyyətini yüksək dəyərləndirdilər və hesabatı
qənaətbəxş saydılar.
Tədbirdə Maliyyə Nazirliyi, Gömrük Komitəsi, Ədliyyə Nazirliyinin Penitensiar
Xidməti, ƏƏSMN, Elm və Təhsil Nazirliyi, Ombudsman Aparatı, Qaçqınların və
Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi, Ağdam, Quba, Xaçmaz Rayonları İcra
Hakimiyyətləri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Ekologiya v Təbii Sərvətlər
Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Nizami Rayon Prokurorluğu, Səfərbərlik və
Hərbi Xidmətə Çağırış üzrə Dövlət Komitəsi, TƏBİB-in məsul əməkdaşları, şəhid
ailələri, qazilər, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.
Tədbirdə təşkilatın fəaliyyətinə dair video-çarx nümayiş etdirildi, məhdudiyyəti
olan insanların hüquqları ilə bağlı suallar cavablandırıldı.
Tədbirin sonunda xatirə şəkli çəkdirildi.
Məlahət Abdullayeva
"Əlillər Dünyası" qəzetindən
19.04.2024

YORUMLAR