Ayfər Gedikli Bərdə Regional Mədəniyyət İdarəsinin qonağı olub

Ayfər Gedikli Bərdə Regional Mədəniyyət İdarəsinin qonağı olub
04 Haziran 2022 - 08:25

Ayfər Gedikli Bərdə Regional Mədəniyyət İdarəsinin qonağı olub

Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova Türkiyə Respublikası Düzcə Universiteti Siyasi Elmlər Fakültəsinin dekanı, Professor-Doktor Ayfer Gedikli ilə görüşüb.
2-4 iyun tarixləri arasında keçirilən Incsos VII.Qarabağ Beynəlxalq Sosial Elimlər Konqresi tur cədvəli çərçivəsində Türkiyə Respublikası Düzcə Universiteti Siyasi Elmlər Fakültəsinin dekanı, Professor-Doktor Ayfer Gedikli 03 iyun 2022-ci il tarixində Bərdə Regional Mədəniyyət İdarəsində olub.
Görüş çərçivəsində Ayfer Gedikli Bərdə Regional Mədəniyyət İdarəsinin fəaliyyəti ilə yaxından tanış olmuş və idarənin əməkdaşları ilə görüşərək öz təəssüratlarını bölüşüb.   
Regional idarənin rəisi Vəsilə Möhsümova Azərbaycan və Türkiyə arasında münasibətlərin daha da inkişaf etdirilməsi və regional idarə ilə mədəni əlaqələrin genişləndirilməsinin önəmini vurğulayıb.
Görüşdə, həmçinin mədəniyyət sahəsində qarşılıqlı əməkdaşlıq, regionda mədəniyyət sahəsində birgə layihələrin həyata keçirilməsi, mədəniyyətin müxtəlif sahələrində təcrübə mübadiləsi müzakirə olunub.
Daha sonra Ayfer Gedikli regional idarənin rəisi Vəsilə Möhsümova ilə birgə Bərdə və Mingəçevir şəhər mədəniyyət müəssisələrində olmuş, onların fəaliyyəti ilə yaxın tanış olmuş və gələcəkdə mədəniyyətin bütün sahələrində qarşılıqlı sıx əlaqələrin qurulmasının vacibliyini vurğulayaraq qeyd etmişdir ki, qarşılıqlı əməkdaşlığımız gələcəkdə regionda mədəniyyət siyasətinin uğurla həyata keçirilməsinə böyük töhfə verəcək.

YORUMLAR

  • 0 Yorum