Agentliyin dəstəyi ilə şəhid Rəşad Quliyevin xatirəsi anıldı

Agentliyin dəstəyi ilə şəhid Rəşad Quliyevin xatirəsi anıldı
29 Nisan 2023 - 15:54
Agentliyin dəstəyi ilə şəhid Rəşad Quliyevin xatirəsi anıldı
Məlumat verdiyimiz kimi, Azərbaycan Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Aztəminatlı Əlil,
Şəhid və Müharibə Veteranları Ailələrinə Kömək” İctimai Birliyi həyata keçirdiyi
“Əbədiyaşar şəhidlərimiz” adlı layihə çərçivəsində “Canavar” ləqəbli şəhid
polkovnik-leytenant Rəşad Quliyev barədə film çəkilib. Bu ləqəbi ona döyüş
yoldaşları cəsurluğuna, qorxmazlığına görə vermişdilər.
1983-cü ildə Bakı şəhərində anadan olan polkovnik-leytenant Rəşad
Quliyev 263 nömrəli tam orta məktəbdə təhsil alıb. Bu gün həmin məktəbdə
layihə zamanı çəkilmiş ““Canavar”ın döyüş yolu” adlı filmin təqdimatı keçirilib.
Tədbir məktəbin direktoru Nurqələm müəllimənin təklifi ilə şəhidlərimizin
ruhunun 1 dəqiqəlik sükutla yad edilməsi və dövlət himni ilə başladı.
Layihə rəhbəri Məlahət Abdullayeva bildirdi ki, məktəbin şagirdləri də şəhid
Rəşad Quliyevin xatirəsinə həsr olunmuş tədbir hazırladığı üçün hər iki tədbiri
birgə keçirmək qərarına gəliblər. Şəhid Rəşad Quliyevin adını daşıyan sinfin
şagidləri müxtəlif nömrələrlə zəngin proqram təqdim etdilər. Sonra “”Canavar”ın
döyüş yolu” adlı film nümayiş etdirildi. İştirakçılar şəhidimizin xatirəsinə həsr
olunmuş filmi ayaq üstə alqışladılar.
Tədbirdə çıxış edənlər - Müdafiə Nazirliyinin şöbə rəisləri Zümrüd
Səmədova və Oqtay Abbasov, şəhidimizin tələbə və döyüş yoldaşları Anar
Məmmədov, Ervin Cavadov, Tural Hacıyev, Məhəmməd Hüseynov, Amin
Rüstəmov, Xətai RİH əməkdaşı Pənah İmanov, AzTV-nin redaktoru, əməkdar
jurnalist, “Turan Türk Xalqlarının Mədəniyyətinin İnkişafına Dəstək“ İB sədri
Zərnişan Turan, Mədəniyyət Nazirliyinin əməkdaşı Kəmalə Musazadə Rəşad
Quliyevin keçdiyi şərəfli döyüş və həyat yolu barədə xatirələrini danışdılar.
Professor, AYB-nın üzvü, Qızıl Qələm media mükafatçısı İmaməddin
Zəkiyev şair–publisist Seyidağa Seyid Sadıqla birgə Rəşad Quliyev haqqında
kitab yazmağa başladıqlarını bildirdi. Seyidağa Seyid Sadıq həmin kitaba daxil
edəcəyi şerini oxudu.
Tədbirdə Rəşad Quliyevin və digər şəhid ailələrinin üzvləri, Suraxanı RİH,
TƏBİB, ƏƏSMN, DSMF, DİN, Dövlət Gömrük Komitəsi Akademiyası, QHT və
ictimaiyyət nümayəndələri də iştirak edirdilər.

Layihə rəhbəri Məlahət Abdullayeva şəhidlərimizin ruhunun yaşadılması və
onların daha geniş auditoriyaya tanıdılması məqsədi ilə bu yönmülü layihələrin
onlar qarşısında vətəndaşlıq borcumuzun olduğunu qeyd etdi və bu layihənin
həyata keçirilməsi üçün dövlətimizə, Azərbaycan Respublikasının Qeyri--
Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Elm və Təhsil Nazirliyinə
təşəkkürünü bildirdi.
Şəhid Rəşad Quliyevin anası Mətanət Quliyeva oğlunun xatirəsinin
əbədiləşdirilməsi məqsədi ilə peşəkarlıqla hazırlanmış filmi araya-ərsəyə
gətirənlərə və tədbiri təşkil edənlərə ailə üzvləri adından minnətdarlıq etdi.
Mətbuat xidməti
27.04.2023

YORUMLAR

  • 0 Yorum