3-Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir

3-Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir Bu gün “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi əməkdaşlıq etdiyi AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə birgə 3 Dekabr-Beynəlxalq Əlillər Günü ilə əlaqədar tədbir həyata keçirdi. Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Tahir Xudiyev Azərbaycan Respublikasında bütün kateqoriyalı əlilliyi olan insanların Azərbaycan

3-Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir
02 Aralık 2016 - 13:57
3-Dekabr Beynəlxalq Əlillər Günü ilə bağlı tədbir

Bu gün “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyi əməkdaşlıq etdiyi

AMEA-nın Hüquq və İnsan Haqları İnstitutu ilə birgə 3 Dekabr-Beynəlxalq Əlillər

Günü ilə əlaqədar tədbir həyata keçirdi.

Tədbiri giriş sözü ilə açan İctimai Birliyin sədri Tahir Xudiyev Azərbaycan

Respublikasında bütün kateqoriyalı əlilliyi olan insanların Azərbaycan

Respublikası Konstitusiyasında, həmçinin digər qanunvericilik aktlarında təsbit

olunmuş bütün sosial-iqtisadi, siyasi, şəxsi hüquq və azadlıqlara malik

olduqlarından, “Əlillər Dünyası” qəzetinin 2003-cü ildən və “Beynəlxalq Əlillər

Cəmiyyəti” İctimai Birliyinin isə 2008-ci ildən həmin bu qanunları əldə rəhbər

tutaraq birgə fəaliyyət göstərməsindən qısaca məlumat verdi.

Möhtərəm Prezidentimiz İlham Əliyev cənablarının sərəncamı ilə yeni inşa

edilmiş AMEA Mərkəzi Elmi Kitabxanasının “Royalyanı Meydança”sında baş

tutan tədbirdə çıxış edən Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri

Hadı Rəcəbli, Hüquq və İnsan Haqları İnstitutunun direktoru, millət vəkili Aytən

Mustafayeva, Baki şəhər Baş Səhiyyə İdarəsinin Nurməhəmməd Yarıyev,

Qafqaz Universitetinin professoru Niftalı Qocayev, “Beynəlxalq Əlillər Cəmiyyəti”

İB-in üzvü, 1-ci qrup əlil Saleh Əzizli dövlətimizin əlilliyi olan insanlara göstərdiyi

diqqət və qayğıdan danışdılar, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji

Təbliğat Şöbəsinin sektor müdiri Şövkət Bəkirov, Ombudsman Aparatının

Hüquqi Maarifləndirmə Sektorunun müdiri Müqalib Mahmudov, Penitensiar

Xidmətin Beynəlxalq Əlaqələr Qrupunun rəhbəri, ədliyyə mayoru Rövşən

Hacıyev “Beynəlxalq Əlillər Cəmiyyəti”nin əlilliyi olan insanlara gösrətdiyi

köməkliyi və Hüquq və İnsan Haqları İnstitutu ilə birgə keçirilən bugünki tədbiri

yüksək qiymətləndirdilər.

Tədbirin aparıcısı AMEA-nın “ElmTV” studiyasının direktoru, həmçinin İB-

in hər bir işində onlara mənəvi dəstək olan Xatirə Cabbarzadə 3 dekabr tarixinin

"Əlilliyi olan insanların Beynəlxalq günü" kimi qeyd olunması barədə

1992-ci il oktyabrın 14-də Birləşmiş Millətlər Təşkilatı Baş Məclisində

Bəyannamə qəbul edildiyini və bu günün məqsədinin əlilliyi olan bütün

insanların hüquqlarının qorumasından və cəmiyyəti əlillik problemlərinin həllinə

cəlb etməkdən ibarət olduğunu iştirakçıların diqqqətinə çatdırdı.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nümayəndəsi Abdulla

Əfəndiyev əlilliyi olan insanlara hər bir sahədə xüsusi qayğı olmasını, eləcə də

gözdən əlil insanlar üçün xüsusi olaraq səsli Quran kitabının hazırlandığını

təqdirəlayiq bir hal olduğunu vurğuladı.

Tədbirin bədii hissəsində İctimai Birliyin Mədəniyyət Mərkəzinin

uşaqlardan ibarət rəqs qrupu öz gözəl rəqsləri, gənc müğənni Kamil Ağazadə,

İB-in üzvü, 1-ci qrup gözdən əlil Abdulla Əhmədov, eləcə də respublikada

keçirilən muğam müsabiqələrinin qalibləri, xalq artisti Mənsum İbrahimovun

istedadlı tələbələri Sədəf Budaqova, Elsevər Muradov, Gülzar Fərəcova,

Nurlan Namazov, müşayətçilər Elnur İbrahimov və Rəcəb Əhmədov öz ifaları

ilə iştirakçıları feyziyab etdilər.

Tədbirdə 3 Dekabr Beynəlxalq Əlillər Gününə həsr edilmiş film nümayiş

etdirildi, həmçinin Azər Əsədovun rəhbərliyi ilə əlilliyi olan insanların ağac

üzərində oyma sənəti üzrə hazırladığı milli suvenirlər sərgiləndi.

Tədbirdə ABŞ, Misir, Malayziya səfirliyinin, Mədəniyyət və Turizm

Nazirliyinin, Dövlət Statistika Komitəsinin və digər təşkilatların məsul şəxsləri,

QHT, ictimaiyyət və KİV nümayəndələri iştirak edirdilər.

Mətbuat Xidməti

30 noyabr 2016-cı il

YORUMLAR

  • 0 Yorum