3 ARALIK ENGELİLLER GÜNÜ BAKÜDE KUTLANDI
Əlilliyi olan insanlar 3 Dekabr - Beynəlxalq Əlillər Gününü belə qeyd etdi
04 Aralık 2020 - 22:05
Əlilliyi olan insanlar 3 Dekabr - Beynəlxalq Əlillər Gününü belə qeyd etdi
Məlumdur ki, BMT Baş Assambleyasının 1992-ci il 14 dekabr qətnaməsinə əsasən bütün
dünyada 3 Dekabr - Beynəlxalq Əlillər Günü kimi qeyd edilir. "Beynəlxalq Əlillər Cəmiyyəti"
İB (BƏC İB) və "Əlillər Dünyası" qəzeti kollektivi də hər il ənənəvi olaraq birgə Beynəlxalq
Əlillər günü ilə bağlı tədbirlər həyata keçirib. Eləcə də hər il Ulu öndərin anım günü və doğum
gününü də qeyd ediblər.
Bu il koronavirusla əlaqədar pandemiya dövrünə təsadüf etdiyindən "Beynəlxalq Əlillər
Cəmiyyəti" İB-in bir qrup üzvü həm Ulu öndərin anım gününü, həm Vətən müharibəsində
qazanılmış möhtəşəm qələbəni, həm də əlilliyi olan insanların gününü açıq havada qeyd etmək
qərarına gəldi. Belə ki, bu gün onlar birinci Fəxri Xiyabanın qarşısında toplaşaraq əvvəlcə Ulu
öndərin məzarını ziyarət etdilər. Ulu Öndərin, Zərifə xanımın, Əziz Əliyevin və Tamerlan
Əliyevin məzarları üzərinə çiçək dəstələri düzdülər. Sonra tədbir iştirakçıları Şəhidlər
Xiyabanında və Türk Qardaşlıq Məzarlığında uyuyan şəhidləri ziyarət etdilər.
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in sədri Tahir Xudiyev qeyd etdi ki, 3 Dekabr-
Beynəlxalq Əlillər Gününü qeyd etməkdə məqsəd cəmiyyətin diqqətini əlilliyi olan insanların
mövcud problemlərinin həllinə yönəltməkdir. Onların ləyaqətlərinin qorunmasına, hüquqlarının
müdafiəsinə, sosial rifahlarının yaxşılaşdırılmasına, həyata inteqrasiya olunmalarına nail
olmaqdır.
BƏC İB-in Qarabağ Regionu üzrə Nümayəndəliyi Tərtər şəhərində yerləşir.
Nümayəndəliyin rəhbəri, birinci Qarabağ müharibəsi veteranı, təqaüddə olan polis əməkdaşı
Həsənağa Bayramov xüsusi olaraq bugünkü tədbirdə iştirak etmək üçün Bakı şəhərinə gəlmişdi.
O, möhtərəm Prezidentimiz İlham Əliyev cənabların Ulu Öndərin layiqli davamçısı olduğunu
bildirir.
"Vətən Uğrunda Hərəkat" İctimai Birliyinin sədri, birinci Qarabağ müharibəsinin sabiq
hərbi hissə komandiri Xudu Xudiyev əlilliyi olan insanların həmişə olduğu kimi bu gün də
dövlət başçımızın ətrafında sıx birləşdiyini söylədi.
Tədibr iştirakçıları Cəmiyyətin Ağsaqqallar Şurasının üzvü, 2-ci qrup əlil Dilsuz
İsmayılov, BƏC İB-in İdarə Heyəti üzvü, AMEA-nın əməkdaşı Xatirə Cabbarzadə, İdarə
Heyəti üzvü Riad Sulatanov, BƏC İB Əfqan Döyüşçüləri Şöbəsinin rəhbəri Saleh Qarayev,
Cəmiyyətin fəal üzvü, 2-ci qrup Qarabağ müharibəsi əlili, ehtiyatda olan polkovnik Elşən
Məhərrəmov əlilliyi olan insanların problemlərinin daima dövlətin qiqqət mərkəzində olması
barədə fikirlərini bildirdilər. Eləcə də bütün şəhidlərimizin ruhuna ehtiramlarını ifadə etdilər.
"Beynəlxalq Əlillər Cəmiyyəti" İB-in üzvü, professional operator Zemfira xanım
Hüseynova İB-in bütün tədbirləri kimi bugünkü tədbiri də kameranın yaddaşına köçürdü.
BƏC İB-in İdarə Heyəti üzvü, 1-ci qrup əlil Saleh Əzizli yüksək natiqliq qabiliyyəti,
səmimi ürək sözləri ilə hamını valeh etdi. Ulu öndərin və bütün şəhidlərimizin ruhunu yad etdi.
BƏC İB-in üzvlərinin öz fəaliyyəti ilə xalqın sevgisini qazanan möhtərəm Prezidentimiz İlham
Əliyevin apardığı siyasəti daima dəstəklədiyini vurguladı.
BƏC İB-in üzvü, 1-ci qrup əlil, Qarabağ veteranı Cahid Sabiroğlu Ulu öndərin və bütün
şəhidlərin ruhunu yad edərək ehsan payladı.
BƏC İB İdarə Heyəti üzvü, Türkyə üzrə kordinatoru Furqan Babayev Türkiyədə
yaşamasına baxmayaraq bugünkü tədbirin keçirilməsinə o da öz bacardığı köməkliyi göstərdi.
Tahir Xudyev şanlı ordumuzun Azərbaycan torpaqlarını işğalçı erməni terrorçularından
azad etmələri barədə xüsusi olaraq onu bildirdi ki, cəmi 44 gün çəkən Vətən müharibəsində
qazanılmış bu möhtəşəm qələbə ilə Azərbaycan erməni hərbi birləşmələrinin Azərbaycan
torpaqlarını qeyd-şərtsiz tərk etmələri barədə BMT Baş Assambleyasının qəbul etdiyi və 30
ildə Ermənistan tərəfindən icra olunmayan 4 məlum qətnaməsini icra etmiş oldu. Bu qələbənin
qazanılmasında bütün şəhidlərimizə Allahdan rəhmət diləyir, yaralılara şəfa arzulayırıq. Bundan
başqa bizə mənəvi dəstək olan qardaş Türkiyə Cümhuriyyətinin Prezidenti cənab Rəcəb Tayyib
Ərdoğana və Pakistan Dövlətinin Baş Naziri cənab İmran Xana dərin minnətarlığımızı
bildiririk.
Qazanılmış bu qələbəyə görə Prezidentimiz və Ali Baş Komandanımız İlham Əliyev
cənablarının ən yüksək fəxri ad və ordenlə təltif edilməsi üçün "Beynəlxalq Əlillər Cəmiyyəti"
İB-in 100-lərlə üzvləri adından aidiyyəti təşklatlara rəsmi müraciət edilmişdir.
Tədbir ATV, Lider TV, Azərtac və digər KİV-lərdə işıqlandırılmışdır. Tədbirdə İctimai
Birliyin üzvləti ilə yanaşı Prezident Aparatı, Müdafiə Nazirliyi və digər təşkilatların
nümayəndələri də iştirak edirdilər. İB-in üzvləri bu gün səhər saatlarında Şəhidlər Xiyabanında
növbədə olan Səbail Rayon Post Patrul Xidmətinin əməkdaşlarına əlilliyi olan insanlara
göstərdikləri diqqət və qayğıya görə dərin minnətdarlıqlarını bildirdilər.
Məlahət Abdullayeva
03.12.2020
https://azertag.az/xeber/Veten_mudafiechilerinin_doyus_meydaninda_gosterdiyi_sucaet_ve_qe
hremanliq_hemise_qelbimizde_yasayacaq-1657233
https://azertag.az/xeber/1657147

YORUMLAR