Şuranın dəstəyi ilə Qarabağ qazisinə psixoloji köməklik edildi

Şuranın dəstəyi ilə Qarabağ qazisinə psixoloji köməklik edildi Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə Beynəlxalq Əlillər Cəmiyyəti ; İB

Şuranın dəstəyi ilə Qarabağ qazisinə psixoloji köməklik edildi
19 Eylül 2020 - 17:26
Şuranın dəstəyi ilə Qarabağ qazisinə psixoloji köməklik edildi

Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi

Şurasının maliyyə yardımı ilə "Beynəlxalq Əlillər Cəmiyyəti" İB həyata

keçirdiyi "İmtiyazlı şəxslərin sosial problemlərinin həllinə ictimai dəstək

mövzusunda maarifləndirmə tədbirlərinin təşkili" adlı layihənin icrası zamanı

ictimai birliyə Yardımlı rayonunun Çayüzü kəndindən Arzuman Abdiyev

müraciət etmişdir. O, 1994-cü il ildə könüllü olaraq Qarabağ uğrunda gedən

döyüşlərdə iştirak edib. Döyüşlərin birində minaya düşərək aldığı zədə

nəticəsində sol gözü görmür, sol qulağının pərdəsi də zədələnib. A rzuman o

vaxtdan gözünün görməməsinə baxmayaraq hələ də əlillik dərəcəsi verilmədiyindən,

hüquqlarının pozulmasından şikayət edir və köməklik göstərilməsi üçün İB-ə

müraciət edib. İB tərəfindən A. Abdiyevin hüquqlarının müdafiəsi üçün aidiyyəti

dövlət təşkilatlarına müraciət ediləcək.

A.Abdiyev müharibədə aldığı zədələr, hüquqlarının pozulması, hazırki

pandemiya ilə əlaqədar uzun müddət davam edən karantinlə bağlı sarsıntı,

həyəcan keçirdiyi üçün İB-in psixoloqu İbrahim Əsədli tərəfindən ona psixoloji

yardım göstərildi. Karantin rejiminə əməl olunmasının onun özü ilə yanaşı

yaxınlarının, ailə üzvlərinin səhhəti üçün nə qədər əhəmiyyətli olması barədə

maarifləndirici söhbət aparıldı.

Mətbuat xidməti

18.09.2020

YORUMLAR

  • 0 Yorum