Soma faciəsi

Soma faciəsi Getmişdiz Somaya işləmək üçün Mədəndə çalışıb, yaşamaq üçün Sən demə bu halal, çətin zəhmətdə Yanaraq kül olub, ölmək də varmış Sarı kaskalı qardaşlarımız Ruhunuz şad olsun, adınız uca Kömür kimi yanıb, kül olmuş canız Qoy rahat uyusun türk torpağında Mədənçi atalar, əziz babalar Gördüyüz müsibət, çəkdiyiz acı Gözlərdən qopan həsrət yağışı Yaddaşa həkk olmuş bir tarixçədi

07 Haziran 2014 - 16:22 - Güncelleme: 20 Haziran 2019 - 09:33
Soma faciəsi Getmişdiz Somaya işləmək üçün

Mədəndə çalışıb, yaşamaq üçün

Sən demə bu halal, çətin zəhmətdə

Yanaraq kül olub, ölmək də varmış

Sarı kaskalı qardaşlarımız

Ruhunuz şad olsun, adınız uca

Kömür kimi yanıb, kül olmuş canız

Qoy rahat uyusun türk torpağında

Mədənçi atalar, əziz babalar

Gördüyüz müsibət, çəkdiyiz acı

Gözlərdən qopan həsrət yağışı

Yaddaşa həkk olmuş bir tarixçədi

Allah rəhmət etsin hər birinizə

Qəzadır baş verib türk elimizə

Amma bu cümlənizi unutmaq çətin

"Yanan biz idik, kömür sandınız"..

Eyyub Mammadov 06.06.2014

YORUMLAR

  • 0 Yorum