Azerbaycan xalqının arzuları gerçəkləşdi.

Azerbaycan xalqının arzuları gerçəkləşdi. 27 sentyabr 2020 il tarixindən başlayaraq 44 gün davam edən,Vətən müharibəsi, Müzəffər Ali Baş Komandanımızın uzaqgörən siyasəti, rəşadətli ordumuzun igidliyi, xalqımızın güclü iradəsi,birliyi nəticəsində qələbə müjdəsi ilə yekunlaşdı. Müqəddəs torpaqlarımız erməni faşistlərinin işğalından azad edildi.

Azerbaycan xalqının arzuları gerçəkləşdi.
01 Aralık 2020 - 16:53

Azerbaycan xalqının arzuları gerçəkləşdi.



27 sentyabr 2020 il tarixindən başlayaraq 44 gün davam edən,Vətən müharibəsi, Müzəffər Ali Baş Komandanımızın  uzaqgörən siyasəti, rəşadətli ordumuzun igidliyi, xalqımızın güclü iradəsi,birliyi  nəticəsində   qələbə müjdəsi ilə yekunlaşdı.  Müqəddəs torpaqlarımız erməni faşistlərinin işğalından azad edildi.

Talan olunmuş tarixi torpaqlarımızı qanunsuz istismar edərək,yaşayış məntəqələrinin adını dəyişərək,yeni xəritələr dərc edən erməni vandalları haqq ədalətin zəfər çalacağını,tarixi həqiqətlərin bərpa ediləcəyini hesaba almamışdılar.

Şanlı qələbəmiz bir daha inkişafın,birliyin,həmrəyliyin zəfər çaldığını göstərdi.

 Dağlıq Qarabağ münaqişəsi termini tarixdə qaldı,bizi təhlükəsiz xoşbəxt günlər gözləyir.

Haklı davamızda qələbəmizin başlıca səbəbkarı isə yeni tarıx yazan,əsirlərlə hafızələrdə özünə yer tapacaq, unudulmayacaq, xalqın ugid sərkərdəsi, Ali Baş Komandanımızdır. Güclü zəkası, iradəsi,beynəlxalq müstəvidə sözünü deməsi,nəyi,nə zaman edəcəyini tam dəqiqliklə müəyyən etməsi,xalqın birliyinə nail olaraq,sevgisini,hörmətini qazanması qələbə sevincini bizlərə daddırdı.

Hərb meydanında şanlı ordumuz igidlik göstərərkən,bizlər də   tarixi həqiqətləri dünyaya çatdırmaq,yalançı fitnəkar ermənilərin saxtalıqlarını ifşa etmək üçün çalışırdıq.İlahi ədalət nəhayət ki, zəfər çaldı.Hər zaman infarmasiya davasında bizlərə dəstək olan türk  qardaşlarımızı da unutmamaq lazımdır.

Qanı- qanımızdan, canı-canımızdan olan soydaşlarımızın hər zaman yanımızda olmaqlarını, mənəvi dəstəklərini  hiss etmək gözəl  hissdir. Ümummilli liderimiz Heydər Əliyevin "Bir millət, iki dövlət" termini isə  bütün dövrlər üçün aktual olduğunu sübut etdi.

Türkiyədə yaşayaraq,fəaliyyət göstərən,mətbutda öz sözünü demiş, vətənpərvər bir qrup jurnalist  respublikamızda gedən Vətən müharibəsi dövründə öz yazıları ilə haqq davamızı  dünyaya çatdlrmaq üçün erməni işğalçıları haqqında bir çox məqalələr yazmış, onların mənfur niyyətlərini ifşa etmişdilər.Hazırda isə bizimlə birlikdə müqəddəs Şuşa şəhərində olmaq, dağıdılaraq, istismar edilən, şəhər, rayon və kəndlərimiz haqqında geniş məlumatlar əldə etmək, dünyaya çatdırmaq arzusundadılar. Bunlardan, Turkiyədə yaşayan və fəaliyyət göstərən mətbuat işciləri İsa Turhan, Olcay Karabağ, Coşkun Korhan, Ülker Musazade, Haluk Turgut, Enes Malkoç, Ahmet Oğuz, Serkan Torun, Abbas Sir və s. qeyd etmək istərdik.







YORUMLAR

  • 0 Yorum