..... Xocalı ..... Xocalı –

..... Xocalı ..... Xocalı – qəlbimdə sağalmaz yara, İllərdir tapılmır dərdinə çara,

         ..... Xocalı .....

Müellif Sevinc Baba Vəziroğlu

Xocalı – qəlbimdə sağalmaz yara,

İllərdir tapılmır dərdinə çara,

Yoxdur elə təbib yaranı sara,

Xalqımın bağrında dərddir Xocalı,

Görmürəm çəminin, dağın Xocalı...

                            ***

Axan, göz yaşlarım azdır deyəsən,

Çöllərin hələ də qandır deyəsən.

Açırmı düzündə güllər görəsən,

Qız – gəlin ahından yandın Xocalı,

İsmətli, namuslu, məğrur Xocalı...

                            ***

Dolaşan yollarda ruhu görürəm,

Şəhidlər vuruşur orda görürəm.

Orda öldürülən körpə görürəm,

Tutub əllərimdən dartır Xocalı,

Qayıt yurd yerinə, qayıt Xocalı...

 

                                        Məşədi Kərbəlayi Sevinc...!!!