"Türk serialları dünyası"
“Türk serialları dünyası”
May ayının 23-də Qazaxıstan Respublikasının “BN Team Orchestra” simfonik
orkestri Heydər Əliyev Sarayında türk seriallarının həvəskarları və musiqisevərlər üçün
möhtəşəm konsert proqramı təqdim etdi. Gənc və istedadlı musiqiçilər, aktyor və
aktrisalardan ibarət yaradıcı heyət “Türk serialları dünyası” adlı konsertdə
tamaşaçılara “Muhteşem Yüzyıl”, “Kara Sevda”, “Erkenci Kuş”, “Sən çal kapımı”,
“Çukur”, “Hercai”, “Min bir gecə və sair türk seriallarının əsas saundtreklərini ifa etdilər,
böyük ekranda sevimli seriallardan ən yaxşı parçalar nümayiş olundu. Tamaşaçılar
sırasında konsertə dəvət alan “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in üzvləri konsertdən
yüksək zövq aldıqlarını bildirdilər.
“Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri Tahir Xudiyev, əməkdaşları dossent
Aynur Qəhrəmanova və Loğman Abbasov əlilliyi olan şəxslərə, imtiyazlı şəxslərə və
aztəminatlı ailələrə diqqət göstərərək 50 nəfərə təmənnasız yer ayırdıqları üçün “BN
Team Orchestra”nın rəhbərliyinə, istedadlı, gənc musiqiçilər Berik Batyrkhan və Yerner
Nurtazina Təşəkkürnamə təqdim etdilər.
Belə möhtəşəm konsertlər əlilliyi olan şəxslərdə müsbət hisslər, yüksək əhval-
ruhiyyə yaratmaqla həmişəlik yadda qalır, onların cəmiyyətə inteqrasiyasına köməklik
edir.
Məlahət Abdullayeva
Əlillər Dünyası qəzetindən
24.05.2023