İnkluziv cəmiyyətə doğru

İnkluziv cəmiyyətə doğru Məlum olduğu kimi, respublikamızda fiziki imkanları məhdud insanların cəmiyyətə inteqrasiyası, onların sosial təminatı, həmçinin inkluziv təhsilləri ilə əlaqədar önəmli işlər görülməkdədir. Fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında AMEA-nın İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar- İqtisadi Universitetinin (MDHİU) birgə təşkilatçılığı ilə 'Rusiya-Azərbaycan: əlverişli mühitdən inkluziv cəmiyyətə doğru' mövzus

İnkluziv cəmiyyətə doğru 

Məlum olduğu kimi, respublikamızda fiziki imkanları məhdud insanların cəmiyyətə 

inteqrasiyası, onların sosial təminatı, həmçinin inkluziv təhsilləri ilə əlaqədar önəmli 

işlər görülməkdədir.

Fevralın 9-da Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi 

Kitabxanasında AMEA-nın İnsan Hüquqları İnstitutu və Moskva Dövlət Humanitar-

İqtisadi Universitetinin (MDHİU) birgə təşkilatçılığı ilə “Rusiya-Azərbaycan: əlverişli 

mühitdən inkluziv cəmiyyətə doğru” mövzusunda keçirilmiş Dəyirmi Masa da məhz bu 

mövzuya həsr edilmişdir. 

Tədbiri giriş sözü ilə açan AMEA-nın İnsan Hüquqları İnstitutunun direktoru, 

hüquq üzrə elmlər doktoru, millət vəkili Aytən Mustafayeva fiziki imkanları məhdud 

şəxslərin təhsilə inteqrasiyasının problem və perspektivlərindən, bu istiqmətdə 

görülməli olan işlərdən  danışmışdır. 

Moskva Dövlət Humanitar-İqtisadi Universitetinin rektoru, professor Vaqif 

Bayramov Universitetdə təhsil alan sağlamlıq imkanları məhdud olan tələbələrin 

inkluziv təhsilindən və onlar üçün Universitetdə yaradılan xüsusi şəraitdən danışmış, 

univesitet barədə çəkilmiş filmi təqdim etmişdir.

Mövzu ətrafında çıxış edənlər- Rusiya Federasiyasının Təhsil və Elm Nazirliyinin 

Uşaqların hüquqlarının müdafiəsi sahəsində dövlət siyasəti departamentinin inkişaf və 

sosiallaşdırma problemləri olan uşaqların təhsili şöbəsinin rəisi Larisa Falkovskaya, 

fəlsəfə elmləri namizədi, MDHİU-nun elmi-tədqiqat laboratoriyasının müdiri Dmitri 

Rayduqin, fəlsəfə elmləri doktoru, MDHİU-nun Tarix və fəlsəfə kafedrasının professoru 

Anatoli Gerasimov, tarix elmləri doktoru, professor Svetlana Qaliullina, Azərbaycan 

Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əhalinin Əmək və 

Sosial Problemləri üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin direktoru Vüqar Həsənov, 

Təhsil Nazirliyinin səlahiyyətli nümayəndəsi Anar Xələfov, Beynəlxalq Paralimpiya 

Komitəsinin prezidenti Filip Kreyven, Azərbaycan Milli Paralimpiya Komitəsinin şöbə 

müdiri Kamal Məmmədov, Arabaçı TV internet televiziyasının təsisçisi İlham 

Məhərrəmov fiziki imkanları məhdud insanların xüsusi təhsili sahəsindəki 

təcrübələrindən, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsil almaları üçün lazımi 

şəraitin yaradılmasından, eləcə də onların icbari məktəbəqədər təhsilə cəlb 

olunmasının vacibliyindən danışmış, bu barədə fikir mübadiləsi aparmışlar.

Tədbirdə iştirak edən “Beynəlxalq Əlillər Cəmiyyəti” İctimai Birliyinin sədri və 

“Əlillər Dünyası” qəzetinin Baş redaktoru Tahir Xudiyev AMEA-nın İnsan Hüquqları 

İnstitutu ilə qarşılıqlı əməkdaşlıqdan, rəhbərlik etdiyi hər iki təşkilatın fəaliyyətinin 

tolerantlığa əsaslandığından, bütün kateqoriyalı əlillərə, eləcə də  Qarabağda və 

soyqırıma məruz qalmış Xocalıda əlil olmuş şəxslərə, eyni zamanda əlilliyi olan 

məhbuslara və onların ailə üzvlərinə göstərdikləri tibbi, sosial və mənəvi dəstəkdən, 

lazım gəldikdə ictimai vəkillik edildiyindən, həyata keçirdikləri mədəni-kütləvi 

tədbirlərdən, sağlamlıq imkanları məhdud uşaqların fərdi və inkluziv təhsili sahəsində 

gördükləri işlərdən danışmış, bu istiqamətdə aparılan monitorinqlər zamanı ortaya 

çıxan problemlərin həllinin vacibliyini qeyd etmişdir. 

Tahir Xudiyev bildirmişdir ki, cəmiyyət tərəfindən diqqət və qayğını görən əlilliyi 

olan insanlarda oxumaq və işləmək həvəsi yaranır, həyata və cəmiyyətə daxili maraq 

oyanır, gələcəyə ümidlə baxırlar.  Təhsillə birbaşa əlaqədar olan bütün bunlar əlilliyi 

olan insanların cəmiyyətə inteqrasiyasına səbəb olur. 

Tahir Xudiyev İctimai Birliyin üzvü, 2-ci qrup əlil, hazırda Moskva Dövlət 

Humanitar-İqtisadi Universitetində təhsil alan Ümid Cümşüdovu iştirakçılara təqdim 

etmiş və Ümidin əl işi Universitetin rektoru Vaqif Bayramova təqdim edilmişdir.

Sonda İnsan Hüquqları İnstitutu və MDHİU arasında qarşılıqlı əməkdaşlığa dair 

müqavilə də imzalanmışdır.

“Dəyirmi Masa”dan sonra AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyev 

Rusiyadan gələn qonaqları qəbul etmişdir. Akademik qeyd etmişdir ki, fiziki imkanları 

məhdud şəxslərin təhsilə inteqrasiyasının problem və perspektivləri sahəsində 

beynəlxalq təcrübənin öyrənilməsində ölkəmiz üçün bu tədbirin əhəmiyyəti böyükdür 

və bu ölkəmizdə fiziki  imkanları məhdud olan şəxslərin hüquqlarının və onların həyat 

şəraitinin yaxşılaşdırılması istiqamətində aparılan dövlət siyasətinə öz töhfəsini 

verəcəkdir. MDHİU-nun rektoru, sosiologiya elmləri doktoru, professor Vaqif Bayramov 

səmimi qəbula görə AMEA-nın vitse-prezidentinə öz minnətdarlığını bildirdi. Vaqif 

Bayramov qeyd etdi ki, tədbir çərçivəsində Azərbaycanın fiziki imkanları məhdud olan 

insanların cəmiyyətə inteqrasiyası, onların sosial vəziyyətinin yaxşılaşdırılması, eləcə 

də inklüziv təhsilin inkişafı ilə əlaqədar gördüyü işlərlə tanış olublar və bu sahədə geniş 

əməkdaşlıq əlaqələri quraraq birgə layihələr həyata keçirməkdə maraqlıdırlar.

          Akademik İbrahim Quliyevlə görüşdə AMEA İnsan Hüquqları İnstitutunun 

direktoru, hüquq elmləri doktoru Aytən Mustafayeva və AMEA Rəyasət Heyəti 

aparatının İctimaiyyətlə əlaqələr və elmin populyarlaşdırılması idarəsinin rəisi Zülfüqar 

Fərzəliyev, “Beynəlxalq Əlillər Cəmiyyəti” İB-in sədri və “Əlillər Dünyası” qəzetinin  Baş 

redaktoru Tahir Xudiyev də  iştirak edirdilər.

10 fevral 2016-cı il

“Əlillər Dünyası” qəzetindən